Əsas Səhifə > Partiya, Güney Press > "İmkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır"

"İmkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır"


1-04-2020, 09:02
"İmkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır"
Bütün vətəndaşlarımızı dövlətin rəsmi qərarlarını əməl etməyə dəvət edirəm. Hesab edirəm ki, əgər biz, karantin vəziyyətinin, aylarla uzanmasını istəmiriksə, bu günə qədər, pandemiyadan canını tapşıranlarla kifayətlənmək istəyiriksə, onda hamılıqla “evdə qal” kampaniyasına qoşulmalıyıq.

Etikxeber.az xəbər verir ki, bunu vitse-spiker Adil Əliyev deyib.

O, qeyd edib ki, sosial təcridetmənin, virusun qarşısını almaq üçün, cəmiyyəti, insanları xilas etmək üçün ən doğru yollardan biri olduğunu nəzərə almalıyıq və əməl etməliyik.

“Təəssüf edirəm ki, bəzi insanlarımız hələ də məsuliyyətsiz münasibət bəsləyirlər.Hamımız dərk edirik ki, kasıb, az təminatlı, İşləməyən insanlarla bağlı problemlər var və bu problemlər dövlətimizin, hökumətimizin nəzarətindədir. Sosial paketlər, hazırlanıb paylanana qədər, imkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır. Onlara maddi mənəvi dəstək verməlidirlər. Əgər Nərimanov rayonu, 20 saylı, 2-ci seçki dairəsinin ərazisində, tanıdığınız imkansız, az təminatlı ailələr varsa, zəhmət olmasa, mənə xəbər verin. Allaha əmanət olun!”-deyə, vitse-spiker sonra bildirib.

Geri qayıt