Əsas Səhifə > Partiya, Güney Press > “İlham Əliyev Paşinyanı məğlub edəndən sonra Ermənistanda çox böyük ümidsizlik yaranıb...”

“İlham Əliyev Paşinyanı məğlub edəndən sonra Ermənistanda çox böyük ümidsizlik yaranıb...”


6-03-2020, 10:07
“İlham Əliyev Paşinyanı məğlub edəndən sonra Ermənistanda çox böyük ümidsizlik yaranıb...”
“Xalq bütün bu məğlubiyyətləri hesablayıb görür ki, artıq Ermənistan çökür, ölkədə inkişaf yoxdur. Adamların Ermənistanı tərk etməsi və Dağlıq Qarabağda erməni əsgərlərinin ölməsi ictimaiyyətdə narazılıqlara səbəb olub”

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. H.Hacıyev Ermənistanda aprel döyüşlərinə görə generalların istintaqa cəlb edilməsinin ictimayi rəyə hesablanmış bir addım olduğunu bildirib:

“Cənab İlham Əliyevlə Paşinyanın Münhen görüşündə Azərbaycan prezidenti ona çox güclü zərbə vurdu, bu, danılmaz bir faktdır. Bundan sonra Ermənistan ictimaiyyətində çox böyük bir ümidsizlik yaranıb. Xalq bütün bu məğlubiyyətləri hesablayıb görür ki, artıq Ermənistan çökür, ölkədə inkişaf yoxdur. Adamların Ermənistanı tərk etməsi və Dağlıq Qarabağda erməni əsgərlərinin ölməsi ictimaiyyətdə narazılıqlara səbəb olub. Ona görə də Paşinyan bu vəziyyətdən çıxmaq və özünü qorumaqdan ötrü öz sələflərini bada verəcək. Erməni xalqı artıq başa düşüb ki, Paşinyanın verdiyi vədlərin hamısı dildə qalıb, yəni bu günə kimi heç birisi həyata keçirilməyib. Ermənistanda vəziyyət gərginləşdiyinə görə Paşinyan diqqəti yayındırmaq üçün keçmiş prezident R.Koçaryanı, S.Sarkisyanı məhkəmələrə çağırıb, aprel döyüşləri ilə bağlı isə bir neçə generalı istintaqa cəlb edib. Bütün bunlar ictimai rəyə hesablanmış oyunlardır. Ermənilər bu məğlubiyyəti həzm edə bilmir və belə olanda da Paşinyan çıxılmaz vəziyyətə düşür, ölkədə inqilabi situatsiya yaranır. Koçaryanın və Sarkisyanın Xocalı soqyırımında iştirakı olub və onlar buna görə güllələnməlidir. Ermənistan ictimaiyyəti aprel döyüşlərində məğlub olmalarını heç cür bunlara bağışlaya bilmirlər. Paşinyansa özünü qorumaq üçün hələ öz ətrafında olan generalları da qurban verəcək”.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, KTMT-nin sabiq baş katibi Yuri Xaçaturov “Aprel savaşı” ilə bağlı vəziyytin tədqiqatı üzrə istintaq komissiyasına sorğuya çağırılıb. Bundan öncə Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan da komissiyaya dəvət edilmişdi.

Geri qayıt