Əsas Səhifə > Partiya, Güney Press > “Ermənistanın burnu əzilməyincə, öz hərəkətlərindən çətin ki, əl çəksin”
“Ermənistanın burnu əzilməyincə, öz hərəkətlərindən çətin ki, əl çəksin”24-01-2020, 03:26 |
Məlum olduğu kimi, hər zaman tarixi saxtakarlıqları ilə gündəmə gələn ermənilər, bu kəs məşhur Şuşa qalasının görünüşünü dəyişmək niyyətini ortaya qoyub. Separatçı rejimin qondarma “Mədəniyyət Nazirliyinin” verdiyi məlumata görə, Şuşa qalası ilə bağlı “restavrasiyasi” işlərinin cari ildə həyata keçirilməsi planlaşdırılır. Azərbaycan ermənilərin Şuşa qalasının görünüşünü dəyişmək, tarixi saxtalaşdırmaq, onu təhrif etmək cəhdləri ilə bağlı beynəlxalq qurumlara müraciət etməlidirmi? Moderator.az-a açıqlama verən millət vəkili Musa Qasımlı bunu zəruri hesab etməklə yanaşı, Ermənistanın “burnunun əzilməsinin” də vacib olduğunu vurğuladı: “Şuşa qalasının tarixi də məlumdur, onu tikən şəxs də. Bu qalanın ermənilərə heç bir aidiyyatı yoxdur. Qalanın görünüşünü dəyişdirərək onu erməniləşdirmək cəhdləri isə erməni xislətinin yeni bir nümunəsidir. Ermənilərin taktikası aydındır. Hər hansı bir yeri işğal etdikdən sonra orada ilk olaraq arxeoloji qazantı işləri apararlar. Həmin ərazinin guya ermənilərə məxsus olduğunu sübut etməyə çalışarlar. Mövcud tarix və mədniyyət abidələrinin görünüşünü dəyişdirib onları erməniləşdirirlər. Şuşa qalasının əsası qoyulandan bəri şəkillər var. Bütün dünya bilir ki, bu, Azərbaycanın mədəniyyət abidəsidir. Hesab edirəm ki, bizim müvafiq qurumlarımız ermənilərin bu cəhdləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət etməlidirlər. Amma bir məsələni də yada salmaq lazımdır ki, Ermənistan Azərbaycan ərazilərinin bir hissəsini işğal edib. Həyasızcasına orada nə istəyirsə edir və onun burnu əzilməyincə, dərs almayınca öz hərəkətlərindən çətin ki, əl çəksin”. Geri qayıt |