Əsas Səhifə > Partiya, Güney Press > "Lavrovun milli motivasiyası Azərbaycan-Ermənistan konfiliktində özünü hiss etdirib"

"Lavrovun milli motivasiyası Azərbaycan-Ermənistan konfiliktində özünü hiss etdirib"


17-01-2020, 08:52
"Lavrovun milli motivasiyası Azərbaycan-Ermənistan konfiliktində özünü hiss etdirib"
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Federal Vergi Xidmətinin rəhbəri vəzifəsini tutan Mixail Mişustinin baş nazir təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Bu təyinatdan dərhal sonra Azərbaycan mediasında yeni baş nazirin ana tərəfdən erməni mənşəli olması, habelə işğalçı ölkə ilə geniş əlaqələr malik olması ilə bağlı informasiyalar yer alıb.

Rusiya hökumətinin rəhbərliyi, habelə digər nazirliklərində erməni mənşəli şəxslərin təmsilçiliyi Azərbaycan üçün real təhlükə vəd edirmi? Ölkəmiz erməni mənşəli şəxslərin şimal qonşumuzda yüksək vəzifələr tutmaısndan nə dərəcədə narahat olmalıdır? Ümumiyyətlə, ermənilərin Rusiya hökumətində ali postlar tutması Kremlin onsuz da kifayət qədər ermənipərəst olan siyasətini bundan daha artıq erməniləşdirə bilərmi?

Moderator.az-a açıqlama verən sabiq XİN rəhbəri Tofiq Zülfüqarov, hələlik Rusiyanın xarici işlər naziri Lavrovun aktivliyinin daha çox narahatlıq doğurduğuna diqqət çəkdi:

“Putin yenidən prezident seçiləndən sonra Rusiyada baş nazir postu böyük bir rol oynamırdı. Yəni baş nazirin mövqeyi bir o qədər də görsənmirdi. Xarici ölkələrlə əlaqələrdə bu mövqe xüsusilə hiss edilmirdi. Məsələn, mən deyə bilmərəm ki, Medvedevin mövqeyi Azəbaycanla Ermənistan arasındakı münaqişəyə ciddi şəkildə təsir göstərib. Bizi narahat edən Lavrovun bu məsələdəki fəallığıdır. Onun milli motivasiyası Azərbaycan-Ermənistan konfiliktində bəzi məqamlarda özünü hiss etdirib. Azərbaycan ictimaiyyətində də bu məsələyə lazımi qiymət verilib.

Müəyyən müddətdən sonra Rusiyadakı bu islahatların nəticəsi özünü daha aydın göstərəcək. Məlum olacaq ki, baş nazir real olaraq hansı səlahiyyətlərə malik olacaq. Xüsusilə də, onun xarici ölkələrlə siyasətdəki rol və səlahiyyəti aydınlaşacaq. Bu baxımdan hələlik vəziyyət tam aydın deyil. Odur ki, indidən hansısa qəti fikir söyləmək olmaz. Lakin təbii ki, biz bu məsələni həmişə nəzərdə saxlamalıyıq. Çünki bundan əvvəlki hadisələr zamanı biz görmüşük ki, Lavrovun həm şəxsi dostları ilə görüşündə, həm də bəzi konfraslarda səsləndirdiyi fikirlərində müəyyən potensial təhlükələrin qığılcımı mövcuddur. Ona görə də hesab edirəm ki, bütün hallarda biz bu məsələdə diqqətli olmalıyıq”.

Geri qayıt