Əsas Səhifə > Partiya, Güney Press > Rəqibi Rauf Arifoğluya meydan oxudu...

Rəqibi Rauf Arifoğluya meydan oxudu...


7-01-2020, 10:13
Rəqibi Rauf Arifoğluya meydan oxudu...
DİA.AZ: - 35 saylı Xətai 3-cü seçki dairəsindən namizədliyi təsdiqlənən Dadaşov Səlim Nadir oğlu həmin dairədən namizədliyini irəli sürmüş "Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğluna mesaj göndərib.

DİA.AZ bildirir ki, kifayət qədər iddialı danışan Səlim Dadaşov "Mən bu seçkinin qalibi olacam və buna adım kimi əminəm" deməklə yanaşı baş redaktoru da hədəfə alıb:

"30 ildir 50 qəpik müqabilində qəzet satıb, bu boyda "imkanlara" malik olan adam haqqında mən heç nə deyə bilmərəm. 30 ildir qəzeti olan bir şəxsin bir dəfə də olsun bizim ərazidə yaşayanların problemlərini işıqlandırmaması və indi isə seçkidir deyə, bu ərazidən namizəddir deyə həmin vətəndaşları qəfildən yada salması, onların problemlərinin olduğunu xatırlaması haqqında yalnız bir sözü deyə bilərəm: bu xalq, bu millət çörəyi qulağına yemir!"

Geri qayıt