Əsas Səhifə > Partiya, Güney Press > YAP İsa Qəmbərin qarşısına kimi çıxardı?

YAP İsa Qəmbərin qarşısına kimi çıxardı?


28-12-2019, 09:48
YAP İsa Qəmbərin qarşısına kimi çıxardı?
YAP-ın namizədlər siyahısı açıqlandıqdan sonra bir çox tanınmış müxalif siyasətçilərin dairələrdəki rəqibləri bəlli olub.

Onların sırasında Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər də var.

Siyahıdan məlum olur ki, İ.Qəmbərin namizədliyini irəli sürdüyü 19 saylı Nərimanov birinci seçki dairəsindən YAP-ın namizədi Məmmədov Hikmət Baba oğlu olacaq.

Hikmət Babaoğlu “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, özünü istefaya göndərən beşinci çağırış Milli Məclisin üzvüdür.

2015-ci ildə keçirilən parlament seçkisində də onun namizədliyi həmin dairədən verilmişdi.
“AzPolitika”

Geri qayıt