Əsas Səhifə > Partiya, Güney Press > "Prezident haqlı olaraq dedi ki, bir çox hadisələri mənə çatdırmırlar"
"Prezident haqlı olaraq dedi ki, bir çox hadisələri mənə çatdırmırlar"25-12-2019, 08:53 |
“Qərb bölgəsi bir az qarışıq yerdi və bu baxımdan bizim Gəncə, Göygöl, Daşkəsən rayon təşkilatlarının sədləri və ziyalılar təkidlə özümüzün razılığımız olmadan orda ciddi siyasi kampaniyaya başlayıblar. Onlar tələb edirlər ki, mən ordan namizədliyimi irəli sürüm” Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. H.Hacıyev insanların istəyini nəzərə alaraq 2020-c il parlament seçkilərində qərb bölgəsindən öz namizədliyini irəli sürəcəyini bildirib: “Ölkə başçısı dünən jurnalistlərlə görüşü zamanı çox ciddi məsələlərə toxundu və vaxtilə mənim səsləndirdiyim fikirlər də orda öz təsdiqini tapdı. Prezidentin parlament seçkiləriylə bağlı dedikləri bizim üçün çox önəmlidir və ona görə də qərb bölgəsi həmişə qaynar biz “qazan” olub və ordan çalışmaq lazımdır ki, ölkə başçısına dəstək olunsun, düzgün məlumatlar çatdırılsın. Qərb bölgəsi bir az qarışıq yerdi və bu baxımdan bizim Gəncə, Göygöl, Daşkəsən rayon təşkilatlarının sədləri və ziyalılar təkidlə özümüzün razılığımız olmadan orda ciddi siyasi kampaniyaya başlayıblar. Onlar tələb edirlər ki, mən ordan namizədliyimi irəli sürüm. Hər halda qərb bölgəsində bu məsələləri dəyərləndiririk və düşünürəm ki, biz rayon təşkilarının sədrlərinin və ordakı ziyalıların mənə olan müraciətini nəzərə alıb lazımı anda Göygöl-Daşkəsən dairəsindən öz namizədliyimin irəli sürülməsinə razılıq verəcəm. Biz çalışmalıyıq ki, ölkə başçısının apardığı siyasi-iqtisadi islahatlara dəstək olaq. Ölkə başçısının özünün dediyi kimi xalqın seçdiyi şəxs həmişə onun yanında olmalı, prezidentə daim kömək etməlidir. Düşünürəm ki, bu baxımdan qərb bölgəsi mürəkkəb bir yerdir, orda düz sözə, ölkənin gələcəyinə hesablanmış ciddi fikirlərə həmişə yer verilir. Rayon təşkilatlarının bu tələbini nəzərə alıb öz namizədliyimin verilməsinə razılıq verəcəm. Hazırda Göygöldən, Daşkəsəndən, Gəncədən rayon təşkilatlarının sədrləri və ağsaqqallar yanımdadı, onlar mənə deyirlər ki, sən həmişə xalqın səsi olmusan, ölkə başçısına yardımçı olmusan və buna görə istəyirlər ki, imza toplasınlar. Açığını deyim ki, deputat olsam da, olmasam da həmişə xalqın yanında olmuşam, xalqın sözünü demişəm. Həyatım boyu ölkə prezidentinə minnətdaram ki, dünən media nümayəndələriylə görüşündə öz fikirlərini açıq şəkildə bildirdi. Əlbəttə, bu çox ciddi məsələ idi və bu məni həddindən artıq sevindirir. Prezident haqlı olaraq dedi ki, bir çox hadisələri mənə çatdırmırlar, çünki ölkə başçısı bunu bildiyi halda çox sərt reaksiya verir. Ölkə başçısı xalqını, vətənini sevən, həyatını bu millətin yolunda qoymuş bir insandı və mən də həyatımı bu prezidentin yolunda qoyan bir adamam və ona görə də bu bir vəhdət təşkil edir. Namizədliyimin verilməsi üçün isə çox ciddi şəkildə düşünürəm”. Geri qayıt |