Əsas Səhifə > Partiya, Güney Press > "Müxalifətin bu şəraitdə “seçkilərdə” qalib gəlmək şansı kifayət qədər aşağı düşür"
"Müxalifətin bu şəraitdə “seçkilərdə” qalib gəlmək şansı kifayət qədər aşağı düşür"16-12-2019, 08:01 |
“Azad, ədalətli və demokratik seçki şəraitində Azərbaycan müxalifətinin kifayət qədər seçici səsini alıb parlamentdə təmsil olunmaq potensialı var”. Bunu Moderator.az-a açıqlamasında AXP sədri Pənah Hüseyn bildirib. Onun sözlərinə görə, sadəcə, mövcud seçki mühiti bu potensialı ortaya çıxarmağa imkan vermir: “Hazırda seçki mühiti bu cür seçkilərin keçirilməsinə imkan vermədiyi üçün bu seçkilərdə müxalifətin tutduğu yer onun potensialını əks etdirməyəcək. Yəni müxalifətin bu şəraitdə “seçkilərdə” qalib gəlmək şansı kifayət qədər aşağı düşür. Bu vəziyyəti kompensasiya edəcək amil kütlələrin siyasi fəallığının kəskin surətdə yüksəlməsi ola bilər. Bu isə hal-hazırda müşahidə olunmur”. Geri qayıt |