Əsas Səhifə > Partiya, Güney Press > "İndiki parlamentin cəmisi iyirmi faizi normal deputatlıq statusuna layiqdir, qalan əlli faizi biznesmen, otuz faizi isə..."

"İndiki parlamentin cəmisi iyirmi faizi normal deputatlıq statusuna layiqdir, qalan əlli faizi biznesmen, otuz faizi isə..."


6-12-2019, 08:40
"İndiki parlamentin cəmisi iyirmi faizi normal deputatlıq statusuna layiqdir, qalan əlli faizi biznesmen, otuz faizi isə..."
Ölkə prezidenti növbədənkənar parlament seçkilərinin fevralın 9-da keçirilməsi ilə bağlı sərəncam verib. Ancaq bu dəfəki seçki marafonundan cəmiyyətin gözləntiləri çox olduğu kimi, fikir müxtəlifliyi də nəzərə çarpır. Hətta deputat kürsüsünə yiyələnsə də ağzına su alıb məmləkət insanının problemlərini dilə gətirməmək baxımından köhnə parlamentin yeni parlamentin yanında toya getməli olacağı iddiaları da var.

Amma politoloq Cümşüd Nuriyev fərqli düşünür. Onun Moderator.az-a bu dəfəki açıqlaması tamamilə nikbin notlardan ibarət olub:

"Mən gələcək parlamentin yola saldığımız parlamentdən betər olacağına inanmıram. Yeni parlamendə dövlətini və millətini sevənlərin olacağına inanıram, çünki bu zamanın tələbidir. Lal və Yarımlal deputatalar iqtidarın üz qarası oldular. Onlar hakimiyyətlə xalq arasında mənəvi "körpü" yarada bilmədilər. İndiki parlamentin cəmisi iyirmi faizi normal deputatlıq statusuna layiqdir. Qalan əlli faizi biznesmen, otuz faizi isə dənizdə "kompassız gəmi" statusunda idilər.

Millətini və dövlətini dəyərləndirənlər, kimliyindən və kimlərin kölgəsində olmalarından asılı olmayaraq, həyatlarında ilk dəfə özlərinə hörmət etsinlər. Onların əksəriyyəti görüntü və şöhrət xatirinə deputat olmaq istəyirlər. Bu çox təhlükəli tendensiyadır.

Cənab prezident İlham Əliyevin BDU-nun 100 illiyi ilə bağlı keçirilən tədbirdə söylədiyi dövlətimizin strateji gözləntiləri haqqındakı fikirləri başa düşən kəslər belə sərsəm sevdaya düşməməldirlər".

Geri qayıt