Əsas Səhifə > Partiya, Güney Press > "Daha keyfiyyətli və məsuliyyətli ordu formalaşdırmaq imkanımız yarana bilər"

"Daha keyfiyyətli və məsuliyyətli ordu formalaşdırmaq imkanımız yarana bilər"


12-11-2019, 08:57
"Daha keyfiyyətli və məsuliyyətli ordu formalaşdırmaq imkanımız yarana bilər"
Ukraynanın müdafiə naziri bu ölkədə həqiqi hərbi xidmətin ləğv edilməsi təklifi ilə çıxış edib. Ukrayna da bizim kimi ərazisi işğala məruz qalmış ölkədir. Amma bu ölkənin müdafiə naziri çox orijinal bir təkliflə çıxış edərək ordunun ancaq peşəkarlardan formalaşmasının zərurilkiyini qeyd edib.

Görəsən, biz də bu qədər şişirdilmiş hərbi xərclərdən xilas olmaq üçün analoji addım ata bilərikmi? Belə bir addım Azərbaycan ordusuna və büdcəsinə nə verərdi?

Moderator.az-ın sualını cavablandıran millət vəkili Fazil Mustafa da düşünür ki, gec-tez Azərbaycan ordusunın da yalnız peşəkarlardan formalaşması gündəmə gələcək, amma:

"Əslində indiki durumda ümumi səfərbərlik əsasında formalaşan orduya xərclənən vəsaitlə peşəkar orduya xərclənməsi ehtimal olunan vəsait arasında elə də böyük fərq olmamalıdır. Ancaq daha keyfiyyətli və məsuliyyətli ordu formalaşdırmaq imkanımız yarana bilər. Ukraynada bu zərurəti çoxdan anlayıblar və qətiyyətli addım atmağı düşünürlər. Çünki anlayırlar ki, əsas döyüş aparan qüvvə məhz peşəkarlardır. Bizdə də əgər xatırlayırsınızsa, aprel döyüşlərinin də bütün ağırlığı təcrübəsiz əsgərlərin deyil, peşəkar xüsusi təyinatlıların üzərinə düşdü. Fikrimcə bizim də ən sonda gəlib duracağımız nöqtə məhz peşəkarlardan ibarət ordu olacaqdır. Bununla belə, orduya çağırışın dayandırılmasının da əleyhinəyəm. Bu müddət sadəcə qısaldıla bilər və silahla davranış, hərbi texnikanın idarə olunması təcrübəsinə yiyələnmə üçün üç aylıq bir müddətdə təlim prosesinin gerçəkləşməsi nəzərdə tutula bilər. Burada üç aylıq təcrübə qazanmaq müddəti ümumi qaydada bütün çağırışçılara şamil edilməlidir".

Geri qayıt