Əsas Səhifə > Partiya, Güney Press > Müsavat başqanlığına sabiq namizəd partiyanın Məclis üzvlüyünə seçilə bilməyib
Müsavat başqanlığına sabiq namizəd partiyanın Məclis üzvlüyünə seçilə bilməyib16-10-2019, 09:43 |
Müsavat Partiyasının başqanlığına sabiq namizəd Tofiq Yaqublu partiyanın Məclis üzvlüyü vəzifəsinə seçilə bilməyib. “Report” xəbər verir ki, Müsavat Partiyasının Məclis üzvü vəzifələrinə keçirilən seçkilərin nəticələrinə əsasən, T.Yaqublunun lehinə 139, əleyhinə isə 155 nəfər səs verib. Partiya üzvləri T.Yaqublunun Məclis üzvlüyü vəzifəsinə seçilə bilməməsini birmənalı qarşılamayaraq Müsavat rəhbərliyini tənqid ediblər. Partiya rəhbərliyi isə bildirib ki, Məclisə üzvlük seçki qaydası ilə həyata keçirildiyindən müdaxilə mümkün deyil. Xatırladaq ki, oktyabrın 13-də Müsavat Partiyasının IX qurultayı keçirilib. Qurultayda Arif Hacılı 262 səslə başqan seçilib, Tofiq Yaqublu 51 səslə ikinci, Yadigar Sadıqlı isə 20 səslə 3-cü olub. Geri qayıt |