Əsas Səhifə > Partiya, Güney Press > Lalə Şövkət diplomatlarla görüşlərini ictimaiyyətdən gizli saxlayır
Lalə Şövkət diplomatlarla görüşlərini ictimaiyyətdən gizli saxlayır5-10-2019, 10:52 |
Azərbaycan Liberal Partiyanın (ALP) lideri Lalə Şövkətin uzun müddətdir ictimai-siyasi proseslərdə görünməməsi onun siyasətdən uzaqlaşması kimi qiymətləndirilir. Hətta bəzi KİV-lər və ekspertlər iddia edirlər ki, Lalə Şövkət siyasətə birdəfəlik “əlvida” deyib və proseslərdə iştirak etməyi düşünmür. ALP sədri Əvəz Temirxan isə Reyting.az-a açıqlamasında bunun əksini deyib və iddiaların əsassız olduğunu bildirib: “Əgər Lalə Şövkətin siyasətdən gedib-getməməsi sosial şəbəkələrdə, mətbuatda və siyasətçilər arasında müzakirə predmetidirsə, deməli, Lalə xanım siyasətdədir. Bu da bir taktikadır. Mən bir gün əvvəl Lalə Şövkətlə görüşmüşəm, müəyyən məsələləri müzakirə etmişik. Bu, Lalə Şövkətin siyasi prosesləri diqqətlə izləməyi deyilmi? Lalə Şövkət əsasən Bakıda olur. Bəzən siyasi, bəzən ictimai şəxslərlə, bəzən də ziyalılar və diplomatlarla görüşür. Amma bu haqda mətbuata məlumat vermirik. Bu, mətbuata hörmətsizlikdən irəli gəlmir”. Ə. Temirxanın sözlərinə görə, L. Şövkət miqyasında olan, üzərinə barış missiyasını götürən siyasətçiyə Azərbaycanda uzun illər ehtiyac olacaq: “Nə qədər ki, Lalə Şövkət həyatda var, o qədər də siyasətdə olacaq”. Ə. Temirxan bildirib ki, Liberal Partiya siyasi prosesləri yaxından izləyir: “Liberal Partiyanı yaradan Lalə Şövkət həm də YAP-ın yaradıcılarından olub. 1993-cü ildə artan koruppsiyaya etiraz edən Lalə Şövkət uzun illərdir ki, milli və siyasi barış siyasətini irəli sürür. Hələlik tərəflər barışa tam hazır deyil. Lalə Şövkət və Liberal Partiya barış, inkişaf və Azərbaycanın qüdrətli dövlətə çevrilməsi missiyasını aparır”. ALP sədri xatırladıb ki, hələ 2003-cü ildə Lalə Şövkət “Qürurlu millət, zəngin dövlət, bütöv məmləkət” şüarı ilə seçkilərdə iştirak edib: “Biz prosesləri diqqətlə izləyirik. Nə zaman Lalə Şövkətin sözünə ehtiyac olacaqsa, o zaman Liberal Partiya sözünü yenə deyəcək. Hazırda münbit şəraitin yetişməsini gözləyirik”. Geri qayıt |