Əsas Səhifə > Partiya, Güney Press > “Rəfael Cəbraylov, İqbal Məmmədov bir bezin qırağıdır”
“Rəfael Cəbraylov, İqbal Məmmədov bir bezin qırağıdır”26-09-2019, 08:19 |
"Mən Rafael Cəbrayılovla bağlı fikrimi ilyarım qabaq demişəm. Amma həmin açıqlamamdan sonra ondan deputat düzəldənlər üstümə tökülüşdülər”. “Yeni Sabah” xəbər verir ki, bu sözləri Sfera.az-a açıqlamasında Rəfael Cəbrayılovun deputat vəsiqəsini girov qoyaraq borc almasını şərh edərkən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Rafael Cəbrayılovun cinayət məsuliyyətinə cəlb olunmasının vacibliyini ifadə edən partiya sədri onun bir saat sərbəst dolaşmasını Azərbaycan xalqına təhqir adlandırıb: "”Moşennik”i deputat qoyanda əlbəttə ki, belə olacaq. Cəbrayılov cinayət məsuliyyətinə cəlb olunmalı, əlindən bütün səlahiyyətləri alınmalıdır. Bir adam ki deputat vəsiqəsini girov qoya, daha ondan nə gözləyəsən? Bu, Azərbaycana xəyanətdir. Bu cür insanları azad buraxmaq olmaz. Belələrinin işi-gücü prezident İlham Əliyevi nüfuzdan salmaqdan ibarətdir. Rafael Cəbrayılovun bir saat sərbəst dolaşmağı xalqımıza təhqirdir. Bu cür insanlara dəstək olan şəxslər var ki, onların hamısını ölkədən sürgün etmək lazımdır. Nazirlər var ki, restoranlarında küçə müxalifətçilərinə yer ayırırlar, onların toplantılarını keçirmələrinə şərait yaradırlar. Belələrinin hamısı satqındır”. Bəzi deputatların qanunvericiliyin əksinə olaraq şəxsi bizneslə açıq şəkildə məşğul olmalarına və onların bu arxayınlığının nədən qaynaqlandığının səbəblərinə toxunan Hafiz Hacıyev bunları söyləyib: "Onlara kim bu imkanı yaradırsa elə həmin şəxsə də arxayın olub, qanunsuz əməllərlə məşğuldurlar. Konkret olaraq ad çəkməyə qalsa, Oqtay Əsədov deputat mandatı qarşılığında Rəfael Cəbraylovdan 3 milyon pul almışdı. Rəfael Cəbraylovdu, İqbal Məmmədovdu hamısı bir bezin qırağıdır. Bunlar birdi-ikidimi, hanısını deyim?” Geri qayıt |