Əsas Səhifə > Partiya, Güney Press > YAP Müsavatda kimi başqan görmək istəyir?

YAP Müsavatda kimi başqan görmək istəyir?


20-09-2019, 10:52
YAP Müsavatda kimi başqan görmək istəyir?
Müsavat Partiyasının qarşıdakı qurultayında başqanlığa namizədlər artıq iddialarını ortaya qoyub.

Gununsesi.org-un xəbərinə görə, Arif Hacılı ilə yanaşı sabiq siyasi məhbuslar Tofiq Yaqublu və Yadigar Sadıqlı da namizədliyini elan edib.

Bu günlərdə isə Tofiq Yaqubli sosial şəbəkədəki hesabında yazıb ki, onun bu iddiası hakimiyyəti narahat edib. Ona görə də hakimiyyət mediasında və sosial şəbəkələrdə ona qarşı kampaniya aparılıb.

Digər iddialarda da Tofiq Yaqublunun hakimiyyətə münasibətində prinsipiallıq göstərməsinin buna əsas verdiyi xüsusi vurğulanır.

Görəsən, doğrudanmı, hakimiyyət Tofiq Yaqubludan daha üstün Arif Hacılını tutur?

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Gununsesi.org-a açıqlamasında bu iddialara cavab verib.

Müsavatda kimin başqan olmasının onlar üçün prinsipial əhəmiyyəti olmadığını deyən Siyavuş Novruzvun sözlərinə görə, kimin lider olması YAP-ı narahat etmir: “Müsavat özü demokratik idarəçilik ənənələrindən uzaq düşmüş bir təşkilatdır. Bu partiyada indiyədək qurultayda saxtakarlıq olub. Xatırlayırsınızsa, hətta bir dəfə Rauf Arifoğlu onları Allaha tapşırmışdı. Tural Abbaslı, Qubad İbadoğlu saxtakarlıqlar barədə açıq danışıb. Müsavatın qarşıdakı qurultayı da saxtakarlıqla keçəcək. Necə ki, Müsavatı Mənsur Əlisoy bərpa etdi və İsa Qəmbər də sonradan o təşkilatı ələ keçirdi.Bir daha sualınıza qayıdaraq deyirəm ki, YAP ən güclü təşkilatdır və onun liderinə də rəqib yoxdur. Bu gün hansı partiyanın başına kimi gətirilərsə, bizim üçün əhəmiyyət kəsb etmir”.


Geri qayıt