Əsas Səhifə > Partiya, Güney Press > “Xətainin heykəlini ziyarət etmək, önünə əklil qoymaq problemə çevrilib”

“Xətainin heykəlini ziyarət etmək, önünə əklil qoymaq problemə çevrilib”


6-08-2019, 08:34
“Xətainin heykəlini ziyarət etmək, önünə əklil qoymaq problemə çevrilib”
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın görkəmli dövlət xadimi Şah İsmayıl Xətai ilə bağlı dediklərindən sonra günlərdir davam edən müzakirələr ən müxtəlif istiqamətlərə yönəlir.

İki il öncə o vaxtkı Bakı şəhər rəhbəri Hacıbala Abutalıbovun göstərişi ilə paytaxtın Xətai rayonunda, Yusif Səfərov küçəsindəki təmir işlərindən sonra dövlət xadiminin heykəli iki yolun arasında qaldı. Belə ki, abidəyə yaxınlaşmaq üçün heç bir şərait yoxdur. Yolu keçərək tarixi şəxsiyyətin abidəsini ziyarət etmək qayda pozuntusu hesab edilir. İndiyə qədər dəfələrlə bu məsələ gündəmə gətirilsə də, problem öz həllini tapmayıb.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a problemlə bağlı bunları dedi: “Bakının böyük bir şəhəri, metrosu Xətainin adını daşıyır, adına küçə var. Onun adı daimi olaraq əbədiləşdirilib. Paytaxtımızda heykəli də qoyulub. Bunlar çox müsbət hallardır. Amma Yusif Səfərov küçəsində aparılan yenidənqurma işlərindən sonra Şah İsmayıl Xətainin heykəlini ziyarət etmək, önünə əklil qoymaq doğrudan da bir problemə çevrilib. Mənə elə gəlir ki, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq qurumlar bununla bağlı düşünərək, problemin aradan qaldırılması üçün iradələrini ortaya qoymalı, konkret addımlar atmalıdırlar”.

Geri qayıt