Əsas Səhifə > Partiya, Güney Press > "Qarabağda çəkilən yollara görə millətin susması məni sızladır, çox hirsliyəm..."

"Qarabağda çəkilən yollara görə millətin susması məni sızladır, çox hirsliyəm..."


30-07-2019, 08:47
"Qarabağda çəkilən yollara görə millətin susması məni sızladır, çox hirsliyəm..."
“Ailə münaqişləri zamanı qadınlarımızın intihara cəhd etməsinin səbəbi cəmiyyətdə olan biganəlikdir”

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu ailə münaqişləri haqda danışarək deyib. N.Cəfəroğlu bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsinə böyük ehtiyac olduğunu bildirib:

“Ailə münaqişləri zamanı qadınlarımızın intihara cəhd etməsinin səbəbi cəmiyyətdə olan biganəlikdir. Biz neçə dəfədir ki, bu məsələni qaldırmışıq. Əslində bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qaldırmalıdır. Həm şəhər, həm də kənd bələdiyyələrində qadın otaqları olmalıdır ki, qadın polisə şikayət edə bilmir, amma bələdiyyə onlarla söhbət apara bilər. Həmin otaqlarda psixoloq və vəkil olmalıdır. Bununla yanaşı, televiziyalarımızda ailə məsələləri ilə bağlı maarifləndirici verilişlər olmalıdır. Bu şoulardan qurtarmaq lazımdır”.

N.Cəfəroğlu cəmiyyətin torpaqlarımızın işğal altında qalmasına da biganə olduğunu deyib:

“Bu gün cəmiyyət hər şeyə biganə olub. Torpaqlarımızın getməsinə, ermənilərin Qarabağda yol çəkməsinə biganəyik. Biz hamımız intihar içindəyik. Qarabağda çəkilən yollara görə millətin susması məni sızladır. Əgər biz torpağımızı seviriksə, müxalifətli, iqtidarlı hamısı pul, vəzifə davası yox, torpaq davası qaldırsınlar. Ona görə də çox hirsliyəm. Bu gün insanlarımızda vətənpərvərlik ruhunun yüksəldilməsinə ehtiyac var”.

Geri qayıt