Əsas Səhifə > Partiya, Güney Press > "İntizam icraatına xitam verildiyi üçün VK RH-ə təşəkkür edirəm"

"İntizam icraatına xitam verildiyi üçün VK RH-ə təşəkkür edirəm"


13-07-2019, 08:34
"İntizam icraatına xitam verildiyi üçün VK RH-ə təşəkkür edirəm"
Tanınmış vəkil Elçin Sadıqov Vəkillər Kollegiyasının sədri Anar Bağırov və qurumun Rəyasət Heyətinin üzvləri ilə görüşüb.

Görüşlə bağlı “Yeni Müsavat”a açıqlama verən Elçin Sadıqov deyib ki, Anar Bağırov və Rəyasət Heyətinin üzvləri ilə görüşdə son günlər aralarında yaranmış problemləri müzakirə ediblər: “Problemləri müzakirə etdik və həll etdik. Barəmdəki intizam icraatına xitam veriləcəyi bildirildi. İntizam icraatına xitam verildiyi üçün VK RH-ə təşəkkür edirəm. Eyni zamanda vəkilliyin nüfuzunu müdafiə edən bütün dostlara da təşəkkürümü bildirirəm”.

E.Sadıqovun sözlərinə görə, onun inzibati məsuliyyətə cəlb edilməsilə bağlı məsələ həllini tapıb. Vəkilə bildirilib ki, intizam icraatına xitam veriləcək.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov problemin həll edildiyini təsdiqləyib. “Vəkil Elçin Sadıqovla görüşdük. Məsələni sivil qaydada həll etdik. O, facebook-da yazdığı statusu (intizam icraatının başlanmasına əsas omuşdu) sildi. Biz də bunu nəzərə alaraq qarşılıqlı addım atacağıq. İyulun 17-də Rəyasət Heyətinin iclasında məsələyə yenidən baxacağıq”, - A. Bağırov Turan-a bildirib.

Xatırladaq ki, intizam icraatına E.Sadıqovun Vəkillərin İntizam Komissiyasının keçmiş üzvü, mərhum Sərdar Qasımovla bağlı status yazması səbəb olub. Vəkil bildirmişdi ki, S.Qasımov komissiyanın qərarlarını rəhbərliyin sifarişilə hazırlayırmış. S.Qasımovun xanımı E.Sadıqovdan şikayət etmişdi.

Geri qayıt