Əsas Səhifə > Partiya, Güney Press > “Onun üçün bütün dəyərlər itib”
“Onun üçün bütün dəyərlər itib”8-03-2019, 09:12 |
Hollandiyada yaşayan hüquq müdafiəçisi Leyla Yunus Avropa Parlamentində ermənilərin təşkil etdiyi “Armeniafobia” adlı toplantıya canlı qoşularaq çıxış edib. Bu barədə qhtxeber.az saytının rəhbəri Sənan Nəcəfov facebook səhifəsində yazıb. “”Azərbaycanlılar uşaqlarının 10 yaşlarının olmasına baxmayaraq, “xristianların azərbaycanlıların düşmənləri” olduğunu təlqin edirlər". Bu xaincəsinə açıqlamanı Avropa Parlamentində keçirilən toplantıların birində canlı yayına qatılaraq verən Leyla Yunus növbəti dəfə daxilindəki düşmən sevgisini və Azərbaycan xalqına qarşı olan aşkar nifrətini nümayiş etdirib“. Hüquq müdafiəçisinin bu fikirləri ölkəmizdə sərt etiraz doğurub. Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı L.Yunusun öz ampluasında olduğunu söylədi: “Onu uzun illərdən bəri, xalq hərəkatı dövründən tanıyıram. O, vaxtilə Xalq Cəbhəsində rəhbərlikdə fəaliyyətini qura bilmişdi. O dövrdən mən onun maskalanmış bir şəxs olduğu qənaətində idim. Heç zaman ona qarşı mövqeyim zərrə qədər dəyişməyib. O, bütün ruhu, varlığı ilə xalqımıza nifrət edən bir adamdır. Bunun nədən qaynaqlandığını mənim üçün demək çətindir. Görünən odur ki, onun genetikası qarışıqdır. Genetikasında erməni genetikasının genetik kodlarının olmasına qətiyyən şübhəm yoxdur. Əgər Azərbaycan iqtidarına müxalif olub bu cür fikirlər söyləyirsə, bəs xalq hərəkatı dövründə xalqı niyə aşağılayır, xalqa ironiya ilə yanaşırdı? Digər tərəfdən, o, müharibə getdiyi vaxt Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri təyin olunduqdan sonra ona verilən səlahiyyətdən istifadə edərək Azərbaycan əleyhinə fəaliyyət göstərir, Ermənistana Azərbaycan, ordumuzla bağlı dosyelər ötürürdü. Sonrakı illərdə bu şəxs ermənilərlə sıx əməkdaşlıqda idi. ”Xalq diplomatiyası" adı altında riyakarlıq edərək ermənilərlə hərtərəfli əməkdaşlıq etməyə kifayətlənməyib, eyni zamanda tanınmış bəzi şəxsləri də həmin agentura şəbəkəsinə cəlb etmək istəyirdi. Yadıma yaxşı gəlir ki, o, həbs olunanda hansı vəziyyətdə idi. Mənliyini, şəxsiyyətini itirmişdi. Ölkə rəhbərliyi böyük humanistlik nümayiş etdirərək ona istədiyi ölkəyə getməyə problem yaratmadı. Azərbaycana atdığı böhtanlar hesabına əldə etdiyi maliyyə vəsaitləri ilə orada yaxşı yaşamaq əvəzinə nifrətini ifadə etməyə davam edir. Görün bu insan ləyaqətini o qədər itirib ki, 10 yaşlı uşaqları hədəfə alıb. Guya bu yaşda olanların düşüncələrində ancaq ermənilərə nifrət var. Halbuki kifayət qədər əsaslarımız var. Ermənilər torpaqlarımızı işğal ediblər, Xocalı soyqırımını törədiblər, azərbaycanlılara olmazın işgəncələrini veriblər. Bunları o insan necə unuda bilər? Leyla Yunus zaman-zaman ermənilərin yanında olduğunu ortaya qoyur. Onun üçün bütün dəyərlər itib. Dünyaya nümunə olan bu ölkə haqqında Leyla Yunus kimilər mənfi rəy formalaşdırmağa cəhdlər edirlər. Leyla Yunus Allahın və Azərbaycan xalqının lənətlənmiş məxluqudur. O, Xocalı soyqırımında qətlə yetirilən, dəhşətli işgəncələrlə öldürülən insanların ruhunu incidib. Onun həyatı bu gün faciə içərisindədir. Çünki hər zaman dediyi sözlərin qorxusunu çəkə-çəkə yaşayır. Onun ölümü daha dəhşətli olacaq". Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bunları dedi: “Onun hüquq müdafiəçisi olduğunu, 20 il çörək kəsdiyim yaxın rəfiqəm olduğunu bir kənara qoyuram, bir vətəndaş kimi belə sərsəm fikirlər səsləndirən Leyla Yunusa, sadəcə, acıyıram. Azərbaycanda övladları vətənə məhəbbət ruhunda öyrədirlər. Ermənistanda bu ruhda uşaqları böyüdürlər. Leyla Yunusun dedikləri özünün beyninin məhsuludur. Bununla azərbaycanlıları öz aləmində aşağılamağa çalışır. Ermənilərin işğalçı olduğunu bütün dünya bilir. Bir faktı da deyim ki, Leyla Yunusun belə sərsəm açıqlamalarında Azərbaycan hökumətinin günahı da az deyil. Bu, daha çox ölkəmizdə QHT-lərin fəaliyyətinin məhdudlaşdırılmasının nəticəsidir. Bu gün Azərbaycan QHT-lərinin parlamentdə çıxış etmək imkanları yoxdur. Onların imkanları yoxdur ki, hesabatlar hazırlayıb Avropa Parlamentinin tribunasından səsləndirsinlər. Leyla Yunus kimilərin belə çıxışlarının qarşısını almaq üçün alternativ çıxışlar olmalıdır. Bunu da hökumətlə yanaşı müstəqil QHT-lər edə bilər. Belə QHT-lər də cavab vermək hüququndan məhrum ediliblər. Leyla Yunus hələ belə çox davam edəcək. Onun Azərbaycandakı milli azlıqlarla bağlı çıxışını görəcəyik. Bizə qonşu olan ölkələrlə bağlı da çıxışlarını görsək təəccüblənməyək. Çünki hər bir çıxış bir layihədir”. “Yeni Müsavat” Geri qayıt |