Əsas Səhifə > Partiya, Güney Press > Deputatdan intiharlarla bağlı təklif

Deputatdan intiharlarla bağlı təklif


13-01-2018, 14:50
Deputatdan intiharlarla bağlı təklif
Bu həftə Bakı metropolitenində iki nəfər gənc özünü relslər üstünə ataraq həyatına qəsd etdi. İki nəfər gənc həyatdan köçsə də, ailələrinə illərlə çəkəcək böyük bir ağrı qoyub getdilər.

Axar.az xəbər verir ki, bu haqda millət vəkili Aydın Mirzəzadə yazıb. Millət vəkili bildirib ki, əgər vaxtında həmin gənclərə psixoloji dəstək olunsaydı, faciələrin qarşısını almaq olardı:

“Ancaq hadisə baş verib və gələcəkdə də belə hadisələrin təkrarlanacağı istisna deyil. Xaricdə bu probelmin həllini artıq tapıblar və metro stansiyalarında qatar platformalarında qurulan qurğular sui-qəsdlərin qarşısını tam ala bilir. Platformalarda bütün xətt boyu şəffaf divar çəkilir və aralarında olan qapılar ancaq qatar platformada dayandıqdan sonra açılır. Belə sistem Rusiyanın Sankt-Peterburq, Koreyanın Seul və Çinin Tayvan adasının mərkəzi Taybey şəhər metrolarında qurulub. Bu yaxınlarda onlar Belarusun paytaxtı Minsk şəhər metrosunda da qurulacaq. Hesab edirəm ki, sözügedən sistemləri Bakı metrosunda da qurmaq olar”.

Geri qayıt