Əsas Səhifə > Partiya, Güney Press > BMT bu sənədi qəbul etsə, Qarabağ…

BMT bu sənədi qəbul etsə, Qarabağ…


9-01-2018, 09:05
BMT bu sənədi qəbul etsə, Qarabağ…
BMT Baş Assambleyasının növbəti iclasında “GUAM məkanındakı uzunsürən münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri barədə” birgə qətnamənin irəli sürülməsi ilk növbədə mövcud problemlərin yenidən gündəmə gətirilməsinə xidmət edir.

Bu sözləri Axar.az-a Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin 2018-ci il üçün ölkənin Demokratiya və İqtisadi İnkişaf naminə GUAM-a sədrliyi ilə bağlı yaydığı bəyanatı şərh edən analitik Elçin Mirzəbəyli deyib.

“BMT Baş Assambleyasında Azərbaycanın və GUAM üzvü olan digər ölkələrin ərazi bütövlüyü ilə bağlı bir neçə dəfə qətnamə qəbul olunub. Bu baxımdan məsələyə ərazi bütövlüyümüzün hüquqi müstəvidən təsbiti baxımından yanaşmaq doğru olmazdı. Hazırda Ermənistanın işğalı altında olan bütün ərazilər Azərbaycan Respublikasının əraziləri hesab edilir və qəbul olunur. Sözügedən qətnamənin irəli sürülməsi isə ilk növbədə mövcud problemlərin yenidən gündəmə gətirilməsinə xidmət edir. Sənədin adından da göründüyü kimi əsas məqsəd münaqişələrin beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün yaxşı nəticələr verməyəcəyini diqqətə çatdırmaqdan ibarətdir”.

Qeyd edək ki, Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi 2018-ci il üçün ölkənin Demokratiya və İqtisadi İnkişaf naminə GUAM-a sədrliyi ilə bağlı yaydığı bəyanatında BMT Baş Assambleyasının növbəti iclasında “GUAM məkanındakı uzunsürən münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri barədə” birgə qətnaməni irəli sürəcəyini açıqlayıb.

Bəyanatda bildirilir ki, Moldova GUAM + formatında, xüsusilə də Avropa İttifaqı və ATƏT ilə beynəlxalq əməkdaşlığı gücləndirəcək və genişləndirəcək.

Geri qayıt