Əsas Səhifə > Partiya, Güney Press > "Qərb bütün müsəlman ölkələrini potensial düşmən qismində görür"

"Qərb bütün müsəlman ölkələrini potensial düşmən qismində görür"


24-11-2017, 08:43
"Qərb bütün müsəlman ölkələrini potensial düşmən qismində görür"
Qərb bütün müsəlman ölkələrini potensial düşmən qismində görür.

Bu sözləri Axar.az-a Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçubaşın ölkəsinin NATO-dan çıxması haqda səsləndirdiyi təklifi dəyərləndirən politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Türkiyənin qlobal strateji məsələlərdə sərgilədiyi mövqe bir çox siyasi və hərbi dairələri qıcıqlandırmaya bilməz:

“Qərb bütün müsəlman ölkələrini potensial düşmən qismində görür. Türkiyə də bu sırada istisna deyil. Özəlliklə də ABŞ hazırda əsas rəqibləri olan Rusiya, Çin, Şimali Koreya, İran, Kuba, Suriyaya qarşı məqsədli planlarını gerçəkləşdirməyə çalışır. Vaşinqtonun bu prosesdə bir nömrəli məqsədi sözügedən dövlətləri tərki-silah etməkdir. Türkiyənin NATO-dan asılılığı azaldıqca alyansın Ankaraya qarşı aqressivliyi daha da artır. Bu fonda Norveçdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və Cümhuriyyətin banisi Mustafa Kamal Atatürkü hədəfə alan təlim qalmaqalının arxasında məkrli məqsədlərin dayandığını istisna etmək olmaz. Türkiyədə siyasi çevrilişləri hazırlayan NATO bu dövləti zəiflətmək üçün hər an dağıdıcı planını işə sala bilər. Çünki NATO üzv dövlətlərə qarşı ənənəvi mənfur siyasətini son zamanlar açıq şəkildə ortaya qoyur. Bu fonda Türkiyənin bölgə siyasətini NATO-suz davam etdirməsi doğru addım olardı”.

Qeyd edək ki, Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçubaş ölkəsinin NATO-dan çıxmasının gözdən keçirilməsini təklif edib. Türkiyədəki bütün hərbi çevrilişləri NATO-nun etdiyini deyən baş müşavir bu işin arxasında Türkiyəni hədəfə alan gizli məqsədlərin yatdığını, əsas hədəfin isə 2019-cu il Türkiyədəki prezident seçkiləri olduğunu bildirib.

Geri qayıt