Əsas Səhifə > Partiya, Güney Press > "Heç kəs bizə şərt qoymamalıdır"

"Heç kəs bizə şərt qoymamalıdır"


14-11-2017, 09:37
"Heç kəs bizə şərt qoymamalıdır"
Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov “KarabkhTV” kanalına rus dilində verdiyi müsahibəsində Rusiya prezidenti V. Putinin türkiyəli həmkarı R.T. Ərdoğanla bu gün Soçidə keçirilən danışıqları zamanı Azərbaycanın işğal olunmuş rayonlarının boşaldılmasıyla bağlı guya 3 şərt irəli sürəcəyi haqda suala da cavab verib. Aktuallığını nəzərə alaraq müsahibənin həmin məqamının tərcüməsini nəzərinizə çatdırırıq:

-Ayaz müəllim, bu günlərdə Azərbaycanın tanınmış politoloqlarından biri Moskvadakı etibarlı mənbələrə istinadla belə bir məlumat aldığını iddia edib: guya Rusiya prezidenti V.Putin türkiyəli həmkarı R.T.Ərdoğanla Moskvadakı görüşündə Qarabağla bağlı danışıqlar zamanı Dağlıq Qarabağ ətrafında 5 rayonun qaytarılması qarşılığında Bakıya qarşı 3 şərt irəli sürəcək:

1. Azərbaycan Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulmalıdır;

2. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmalıdır;

3. Dağlıq Qarabağda Rusiya sülhməramlıları yerləşdirilməlidir”.

Sizdə bu haqda hər hansı bir informasiya varmı? Ümumiyyətlə, sözügedən şərtlər Azərbaycan üçün qəbul ediləndirmi, sizcə?

-Mənim bu haqda, təəssüf ki, heç bir məlumatım yoxdur. Və əgər kimsə adı çəkilən ölkələrin liderləri adından danışıbsa, Azərbaycan tərəfindən hansısa reaksiya olmalı idi. Mən hələlik belə bir rəsmi reaksiya barədə eşitməmişəm. Yəqin ki, siz də eşitməmisiz. Ancaq bilirsiz, əgər ərazi bütövlüyü prinsipindən yanaşsaq, heç kəs bizə şərt qoymamalıdır:”5 rayonu verəcəklər, 2 rayonu verməyəcəklər, ora daxil ol, bura daxil ol...” Bu, suveren Azərbaycanın öz işidir. Bu da ikitərəfli əlaqələr vasitəsilə həllini tapmalıdır. Əgər Rusiya ilə məsləhətdisə, Rusiya rəhbərliyi ilə, Türkiyə ilə məqsədəuyğundursa, Türkiyə rəhbərliyi ilə həll edilməlidir. Bu prosesdə mütləq İran da iştirak etməlidir. İranın bu məsələdəki rolunu heç vaxt inkar etmək olmaz...

Yenə də burada maraqların müxtəlifliyi məsələsi meydana çıxır. Adı çəkilən qonşularımızın hər birinin maraqları özləri üçün vacibdir. Onlar öz dövlətləri qarşısındakı vəzifələri yerinə yetirirlər. Məsələn, Qarabağ məsələsi KTMT-yə daxil olan MDB ölkələrinin maraq çərçivəsindədir. Eləcə də Putinin də burada ciddi maraqları var. Axı bura- Cənubi Qafqaz Rusiyanın, necə deyərlər, qulağının dibidir. Ona görə də Rusiya Qarabağ məsələsində kənarda qala bilməz. Hərdən bəziləri deyir ki, Rusiyanın burda nə işi var. Axı bizim Rusiya ilə sərhədlərimiz var? Və Rusiya öz təhlükəsizliyini səhədlərinin həndəvərində də təmin etmək iddiasındadır. Qonşuluq baxımından biz elə etməliyik ki, ərazimiz Rusiya üçün təhlükə kəsb etməsin. Üçüncü tərəf bundan istifadə etməsin. Əks halda Rusiya öz maraqlarını daha ciddi-cəhdlə qorumağa çalışacaq. Ona görə də bu mənada çox ehtiyatlı və səlist olmaq lazımdır. Böyük mənada isə Qarabağ probleminin necə həll olunması məsələsini Azərbaycan rəhbərliyi müəyyən edir.

Müsahibənin ən maraqlı məqamlarının tərcüməsini Moderator.az-da oxuya bilərsiniz?
\\moderator.az\\
Geri qayıt