Əsas Səhifə > Partiya, Güney Press > Regionda sülhün təminatı Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllindən keçir

Regionda sülhün təminatı Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllindən keçir


4-11-2017, 09:25
Regionda sülhün təminatı Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllindən keçir
Bu regionda sülhün və iqtisadi inkişafın təmin edilməsi Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllindən keçir.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, Tehranda keçirilmiş Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşündən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tezliklə dönüş gözləyirik:

“Ümidvarıq ki, bu görüşün nəticəsi olaraq danışıqlar prosesində ciddi dəyişikliklər baş verəcək. Eyni zamanda, Rusiya və İran prezidentləri problemin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə töhfələrini verəcəklər”.

Qeyd edək ki, noyabrın 1-də Tehranda Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putinin üçtərəfli zirvə görüşü keçirilib.

Xatırladaq ki, prezidentlər İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin ilk üçtərəfli görüşü isə 2016-cı il avqustun 8-də Azərbaycanda keçirilib.

Geri qayıt