Əsas Səhifə > Partiya, Güney Press > "Bu layihənin reallaşmasını istəməyən qüvvələr var idi"
"Bu layihənin reallaşmasını istəməyən qüvvələr var idi"1-11-2017, 08:25 |
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu tarixi və strateji əhəmiyyətli qlobal layihədir. Bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. Deputat bildirib ki, bu proses bir daha Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil siyasət yürütdüyünü sübuta yetirdi: "Bu layihənin reallaşmasını istəməyən qüvvələr var idi. Bu layihədə Azərbaycan təkcə tranzit ölkə kimi deyil, aparıcı dövlət rolunu oynayacaq. Layihə Avropa ilə Asiyanı birləşdirən coğrafi məkanda yerləşən Azərbaycanın qeyri-neft sektorunun inkişafına da töhfələr verəcək". A.Hüseynov qeyd edib: "Azərbaycan dövlətinin maraqlarına xidmət edən bütün layihələr reallaşdırılacaq. BTQ-nin reallaşdırılmasına maneələr olsa da, layihə həyata keçirildi. Bu, Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində baş tutdu". Qeyd edək ki, ötən gün Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri mərasimdə iştirak ediblər. Geri qayıt |