Əsas Səhifə > Partiya, Güney Press > Cəbhədə toqquşma davam edəcək
Cəbhədə toqquşma davam edəcək25-10-2017, 08:57 |
Cəbhə xəttində toqquşmalar Dağlıq Qarabağ məsələsi həllini tapanadək davam edəcək. Bu sözləri Axar.az-a təmas xəttindəki son vəziyyətə münasibət bildirən politoloq, millət vəkili Rasim Musabəyov deyib. “Ənənəvi olaraq cəbhə xəttində toqquşmalar həmişə olub. Fərz edirəm ki, bu toqquşmalar Dağlıq Qarabağ məsələsi öz həllini tapanadək davam edəcək. Sadəcə olaraq, hazırda əsas məsələ bu toqquşmaların intensiv əməliyyatlar səviyyəsinə qalxıb-qalxmayacağıdır. Hələlik bu gözlənilmir. Əslində, müharibə bitməyib və bu bir reallıqdır. Müharibəni qurtarmaq üçün erməni işğalçı qüvvələri Azərbaycan torpaqlarını tərk etməlidir”, - deputat bildirib. Geri qayıt |