Əsas Səhifə > Partiya, Güney Press > “Quska”nın vurnuxması:
“Quska”nın vurnuxması:14-10-2017, 12:14 |
Sosial şəbəkələrdə qalmaqallı keçmiş deputat, hazırda Almaniyada yaşayan və oradan vaxtaşırı olaraq Azərbaycan hakimiyyətinin ünvanına “alov püskürən”, hətta prezidentliyə iddiasını açıqlayan Hüseyn Abdullayevin istehza doğuran fotosu yayılıb. Virtualaz.org xəbər verir ki, fotoya əsasən Hüseyn Abdullayev sanki Azərbaycan bayrağının önündə dayanmağa çalışıb, amma xeyli sağa “sürüşərək” divardan asılmış Ermənistan xəritəsinin düz qarşısında mövqe tutub. Bayraq isə ondan solda qalıb. Bu foto bir növ bizim “Quska”nın mahiyyətini əks etdirə bilər. O, heç vaxt düzgün mövqe seçə bilməyərək həyatı boyu da tez-tez mövqeyində bu cür yerdəyişmələr edib və “Quska”da bunlar heç də uğurlu alınmayıb. Əvvəllər özünü hakimiyyətin ən sadiq adamı, vuran əli kimi tanıdıb və bunun hesabına yaxşıca varlanıb. Bakıda sayı-hesabı bilinməyən mülklər əldə edib, bol sərvət yığıb. Vaxtilə özünün qoluzorlu quldur dəstələri tanınan “Quska” sonra deputat olub, amma belə görünür ki, topladığı başgicəlləndirici sərvətin təsiri ilə onda daha böyük siyasi ambisiyalar yaranıb. Və günlərin birində mövqeyindən kənara “sürüşərək” qatı müxalifətçiyə çevrilib, özünü Azərbaycanda oliqarx-burjuyların formalaşdıracağı yeni siyasi qüvvənin lideri obrazında təqdim etməyə çalışıb. Lakin bizim “Quska”da bu, o qədər də uğurlu alınmadı. O, mandatını güdaza verdi və istintaq təcridxanasına qədər “sürüşdü”. Oradan çıxandan sonra isə lap uzaqlara sürüşüb gedib və indi mühacirətdən vurnuxmaları davam etdirir. Hətta prezidentliyə namizədliyini irəli sürəcəyini bildirir, baxmayaraq ki, bütün qalan səbəblər bir yana, “Quska”nın namizədliyinə heç qanunvericiliyin formal tələbləri də imkan vermir. Axı prezident olmaq istəyən kəs ən azı son 10 ili hakimiyyət başına gəlmək istədiyi ölkədə yaşamalıdır... Geri qayıt |