Əsas Səhifə > Partiya, Güney Press > Milli Şuranın mitinqində İŞİD-çiyə də azadlıq tələb olunub

Milli Şuranın mitinqində İŞİD-çiyə də azadlıq tələb olunub


10-10-2017, 08:06
Milli Şuranın mitinqində İŞİD-çiyə də azadlıq tələb olunub
Oktyabrın 7-də Milli Şuranın keçirdiyi mitinqdə hüquq mühafizə orqanları tərəfindən bu yaxınlarda həbs edilən İŞİD-çı Eldəniz Məmmədovun da azadlığının tələb edilməsi böyük rezonans doğurub. Hələ mitinqdən öncə dindarları aksiyaya cəlb etmək üçün hazırlanan təbliğat fotosunda İŞİD-çının adının həbsdəki dindarlarla birlikdə çəkilməsi heyrət doğurmaya bilmir.

“7 oktyabr mitinqində Hacı Abgül, Tale Bağırzadə, Elçin Qasımov, Hacı Zülfüqar, Abbas Hüseyn, Mövsüm Səmədov, Ruhulla Axundzadə, Eldəniz Məmmədov, Hacı Sərdar Hacıhəsənli, Səid Dadaşbəyli və digər çoxsaylı dindar məhbuslara, o cümlədən siyasi məhbuslara azadlıq tələb edəcəyik. 7 oktyabr mitinqinə gəlin!” -Əli Kərimlinin portreti ilə bəzədilmiş təbliğat plakatında mitinqə günlər qalmış məlumat verilirdi.

Bu günlərdə virtualaz.org E.Məmmədovun terrorçu qruplaşmalara bağlı saytlardan birindən götürülmüş görüntüsünü yayıb. Kadrlarda azərbaycanlı İŞİD-çinin qolunda tutduğu şahin quşu sanki onun əlindən tapançanı almaq istəyir.

Bu məlumatın ardından aydın oldu ki, qeyd olunan şəxs İŞİD terror təşkilatının sıralarında uzun müddət döyüşmüş, “Abu Cihad” ləqəbli, 22.02.1979-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Məmmədov Eldəniz Lazım oğludur. Həmçinin məlum oldu ki, E.Məmmədov sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan İnstagram səhifəsinin sahibidir.

“Əbu Cihad”ın İnstagram səhifəsindəki fotolarda onun İŞİD sıralarında döyüşdüyünü əks etdirir.

Hətta belə iddialar var ki, E.Məmmədovun adı bilavasitə Milli Şuranın nəzarəti altında hazırlanan siyasi məhbus siyahısına da daxil edilib.

Bütün bu faktlar onu bir daha sübut edir ki, Milli Şura mitinqə daha çox insan cəlb etmək üçün hər cür varianta əl ata bilər...

İqtidaryönlü deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanda hakimiyyət əleyhinə platformanı hazırlayan qüvvələr fərq qoymadan istənilən bir təşkilatla alyansa getməyə hazırdırlar: “Bakıda mitinqlər keçirən qüvvələr üçün mübarizə dinləşib. Daha artıq şəkildə demək mümkündürsə, İslam siyasi qüvvələrin maraqlarına çevrilib. Düşünürlər ki, bu din artıq 14 əsrdir formalaşmış monolit bir ideologiyadır. Hesab edirlər ki, kütlənin təfəkkürünü ələ keçirməkdə İslam böyük üstünlüklər verir. Bir sıra qüvvələrin düşüncələrində məscidlər qərargahlara çevrilib. Orada Allaha etiqad etməkdənsə, kiminsə siyasi marağına pənah aparmaq kimi mövqelər üstünlük təşkil etməkdədir. Biz heç bir halda hər hansı bir qüvvəni İŞİD-la əlaqədə ittiham etmirik. Yaxşı bilirik ki, sonunda bizə düşmən qüvvələr bu sözlərimizdən bizə qarşı istifadə edəcəklər. Amma reallıq bundan ibarətdir ki, açıq şəkildə qiyama çağırış və burada da 14 əsr əvvəl yaranan dinin, müqəddəslərin istismar olunması ekstermizmin təmayüllərini gücləndirməkdədir. Bu qüvvələr çox sürətlə həmin ideologiya daşıyıcılarının təsir dairəsinə düşəcəklərini mənim üçün təxmin etmək çətindir. Əli Kərimlimi Tale Bağırzadəni öz himayəsinə götürüb, onu iqtidar uğrunda mübarizədə bir qalxana çevirib? Və ya ölkəni şəriət qanunları ilə idarə etmək istəyən, öz baxışları ilə kənar ölkələrin modelini burada qurmağa çalışan, ”yaşıl inqilab" həyata keçirməyə cəhd edənlərmi Əli Kərimli və onun çevrəsini himayələrinə götürüblər? Görünən odur ki, onların intonasiyası, tonları belə dəyişib. İfadə etdikləri dil tamamilə ayrıdır. Onların fikirlərini başa düşməyən bir xarici ekspert düşünə bilər ki, bəlkə bu Yəməndə keçirilən bir aksiyadır. Bunlardan Qərbpərəstlik, Qərb ideyaları yağmır. Daha çox bunlarda orta əsrlərin elementləri var. Ona görə həbs edilən İŞİD-çı və digərlərinin müdafiəsini çox asanlıqla təşkil edə bilirlər. Sizləri əmin edirəm ki, bir müddətdən sonra korrupsiya, dövlət vəsaitlərinin külli miqdarda talamaqla məşğul olan və həbs edilən şəxsləri də onlar müdafiə edəcəklər. Hər halda Rəsul Quliyev kimi bir fiqurun 1996-cı ildən bu günə qədər keçən dövrdən sonra müxalif elitanın önünə çıxarılması, hətta onun vahid namizədlərdən birinə çevrilməsi yolunda çalışmaları çox mətləblərdən xəbər verir. Maliyyə vəsaitləri əldə etmək üçün bu kəsimin əlavə addımlar atacaqlarını da indidən gözləmək mümkündür. Bütünlükdə bu mənzərəyə baxanda çıxarılan nəticə bundan ibarətdir".

Geri qayıt