Əsas Səhifə > Partiya, Güney Press > Bəzi ölkələr demokratiya, insan hüquqları kimi dəyərlərlə manipulyasiya edərkən, Azərbaycan bu dəyərlərə sadiq qalıb
Bəzi ölkələr demokratiya, insan hüquqları kimi dəyərlərlə manipulyasiya edərkən, Azərbaycan bu dəyərlərə sadiq qalıb9-10-2017, 08:07 |
Bəzi ölkələr demokratiya, insan hüquqları kimi qlobal dəyərlərlə manipulyasiya edərkən, Azərbaycan bu dəyərlərə sadiq qalıb. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündəki nitqinə münasibət bildirərkən deyib. H.Babaoğlu vurğulayıb ki, Prezident İlham Əliyev həmin görüşdəki nitqində ölkəmizin qarşılıqlı əməkdaşlıq prosesində prioritet hesab etdiyi məsələləri önə çəkərək Azərbaycanın istənilən beynəlxalq təşkilatla əməkdaşlığının əsasında milli maraqlarımızın təmin olunması məqsədinin dayanacağına işarə etdi: "Prezident İlham Əliyevin Azərbaycanda həyata keçirilən mühüm əhəmiyyətli beynəlxalq layihələr, onların tərəfdaş ölkələrə gətirəcəyi dividendlər, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu, Dağlıq Qrabağ probleminin həlli kimi mühüm məsələlərlə bərabər insan hüquqları və demokratik azadlıqlar haqqında danışması əslində bu dəyərlərin Azərbaycan üçün nə qədər mühüm olduğunun göstəricisi idi". Deputat qeyd edib ki, Azərbaycanda insan hüquq və azadlıqları, söz və mətbuat azadlığının təmin olunması daim Azərbaycan hakimiyyətinin diqqət mərkəzində olub: "Bəzi ölkələr demokratiya, insan hüquqları kimi qlobal dəyərlərlə manipulyasiya edərkən, onu istismar vasitəsinə çevirərkən Azərbaycan bu dəyərlərə sadiq qalıb. Bununla da ölkəmizdə demokratiyanın inkişafının, ən müxtəlif azadlıqların təmin olunmasının hansısa beynəlxalq təşkilat qarşısında öhdəliyin yerinə yetirilməsi yox, öz milli inkişafımızı təmin edən vasitə kimi görüldüyünü sübut edib. Ancaq təəssüf ki, bəzi hallarda Azərbaycan bu məsələlərdə haqsız tənqidlərə, hətta təzyiqlərə və hücumlara belə məruz qalıb. Prezident İlham Əliyev məhz bu ədalətsizliyi qonaqların diqqətinə çatdırmaqla bu məqsədli siyasi təzyiqin arxasında kimlərin dayandığını və onların məqsədlərini açıq şəkildə bildirdi. Dövlət başçısı diqqətə çatdırdı ki, əslində ermənipərəst mərkəzlər və islamafob dairələr qlobal dəyərlərlə manipulyasiya edərək Azərbaycanı gözdən salmaq və Ermənistanın işğalçı siyasətini ört-basdır etmək istəyirlər. Ona görə də Azərbaycan daim belə qara piara qarşı mübarizə aparmalı, öz həqiqətlərini dünyaya daha aydın və daha yüksək səslə çatdırmağı bacarmalıdır. Keçirilən görüş həm də elə bu məqsədə xidmət edən görüşlərdən biri kimi xarakterizə olunmalıdır". Qeyd edək ki, oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşüb. Geri qayıt |