Əsas Səhifə > Partiya, Güney Press > Milli Şura mitinqi təxirə saldı

Milli Şura mitinqi təxirə saldı


7-10-2017, 11:21
Milli Şura mitinqi təxirə saldı
Saytlarda və sosial şəbəkələrdə AXCP sədri Əli Kərimlinin adından bu gün keçiriləcəyi planlaşdırılan mitinqin təxirə salındığı ilə bağlı məlumat yayılıb.

Big.az bildirir ki, AXCP sədri Əli Kərimlinin Feysbuk profilindən yayılan xəbərdə mitinqin təxirə salınma səbəbləri göstərilir. İddia olunur ki, bu barədə "Milli Şuranin 7 oktyabr mitinqinə sən də qoşul" səhifəsində də məlumat gedib.

Sayt yazır ki, Əli Kərimli bir neçə gündür hazırlıq görülən, hətta Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış icazəli mitinqin təxirə salınacağı ilə bağlı rəsmi səhifəsində paylaşım edib. O qeyd edib ki, mitinq müəyyən müddətə təxirə salınır.

Milli Şura mitinqi təxirə saldı

Geri qayıt