Əsas Səhifə > Partiya, Güney Press > Bu, AŞ PA-da "Yaqland yeniliyi" kimi tarixə düşə bilər
Bu, AŞ PA-da "Yaqland yeniliyi" kimi tarixə düşə bilər3-10-2017, 10:56 |
Avropa Şurasının (AŞ) baş katibi Torbyorn Yaqlandın Azərbaycana qeyri-obyektiv münasibəti bu vəzifədə olmamışdan da müşahidə edilib. Bunu Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Əliyev deyib. Onun sözlərinə görə, həmin şəxs Azərbaycana qarşı bu münasibətini indi də davam etdirir: "Baxmayaraq ki, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) əsas məqsədi qarşılıqlı əməkdaşlıqdır və burada öhdəliklər var, qurum heç bir əməkdaşlığı təmin etmir. Əksinə, Azərbaycana qarşı təzyiqlər etmək, ölkəmizdə gedən demokratik proseslərə kölgə salmaq, bu, AŞ PA-nın baş katibinə yaraşmayan, vəzifəsinə və statusuna uyğun olmayan bir mövqedir. Xüsusilə, onun azad söz deyən jurnalistləri hədələməsi və onlara iftira yağdırması ümumiyyətlə, qəbuledilməzdir, AŞ PA tarixində bu bir "Yaqland yeniliyi" kimi tarixə düşə bilər. Hesab edirəm ki, bu, dözülməz bir vəziyyətdir və qurumun ölkəmizə münasibəti dəyişməlidir. Dəyişməsə, Azərbaycan da şübhəsiz ki, öz kəskin mövqeyini bildirməlidir". Geri qayıt |