Əsas Səhifə > Partiya, Güney Press > Kataloniyadakı qanunsuz referendum göstərir ki, dünyada separatizmə qarşı vahid münasibət formalaşdırılmalıdır
Kataloniyadakı qanunsuz referendum göstərir ki, dünyada separatizmə qarşı vahid münasibət formalaşdırılmalıdır3-10-2017, 08:16 |
Kataloniya bölgəsində separatçı qüvvələrin müstəqillik istəməsi yolverilməzdir. Bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. Millət vəkili bildirib ki, Kataloniyadakı qanunsuz referendum göstərir ki, dünyada separatizmə qarşı vahid münasibət formalaşdırılmalıdır. "Bütün dövlətlərin Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış əraziləri var. Bu gün həmin sərhədlər dəyişilməzdir, toxunulmazdır. Hər bir dövlətin sərhədləri daxilində muxtariyyət ola bilər, amma orada dövlətin suverenliyinə qarşı hər hansı separatçı addımın atılması yolverilməzdir. Kataloniya bölgəsində də separatçıların müstəqillik istəməsi qəbuledilməzdir. İspaniyanın ərazi bütövlüyü qorunmalı, ərazilərdə İspaniya qanunları hakim olmalıdır". Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib. Geri qayıt |