Əsas Səhifə > Partiya, Güney Press > "Hesabat verməyən siyasi partiyalarla bağlı tədbir görülməlidir"

"Hesabat verməyən siyasi partiyalarla bağlı tədbir görülməlidir"


2-10-2017, 12:11
"Hesabat verməyən siyasi partiyalarla bağlı tədbir görülməlidir"
“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməlidir. Bu məsələni bir neçə dəfə qalırdırmışam. Hesabat verməyən siyasi partiyalarla bağlı tədbir görülməlidir. Azərbaycanda siyasi partiyalar illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edirlər. Bəzi partiyalar maliyyə hesabatlarını düzgün göstərmirlər”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
O qeyd edib ki, burada maliyyə hesabatlılığında şəffaflıq olmalıdır: "Qeyri-hökumət təşkilatları da şəffaf maliyyə hesabatları təqdim etməlidir".
Komitə sədri deyib ki, həmin partiyalar maliyyənin mənbəyini göstərməlidirlər.
S.Novruzov Avropa Şurası ilə bağlı məsələyə də münasibət bildirib: “Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Avropa Şurasının öhdəliklərini tam yerinə yetirir. Elə ölkələri var ki, 10 illərdir, öhdəlikləri yerinə yetirmir. Bu ölkələrlə bağlı tədbir görülmür. Yalnız Azərbaycan və Türkiyə ilə bağlı məsələni qabardılarlar. Bu da onu göstərir ki, Azərbaycan müstəqil dövlətdir, heç bir “böyük qardaş”la hesablaşmır. Azərbaycana qarşı qaryaxma kampnaiyasını aparalanlar erməni lobbiləri tərəfindən maliyyələşirlər. Azərbaycanın öz dəyərləri var, məsələyə bu prizmadan yanaşmaq lazımdır. Göstəriş vermək lazım deyil”.

Geri qayıt