Əsas Səhifə > Partiya, Güney Press > “SSRİ-ni yenidən bərpa etmək istəyənlər Azərbaycanın Qərblə münasibətlərini pozmaq istəyir”
“SSRİ-ni yenidən bərpa etmək istəyənlər Azərbaycanın Qərblə münasibətlərini pozmaq istəyir”30-09-2017, 11:01 |
Yenidən Sovet İttifaqını, hansısa bir imperiyanı bərpa etmək xülyası ilə yaşayan qüvvələrin ABŞ-ın daxili siyasətində fəallaşmaqla, Azərbaycanın qərblə münasibətlərini pozmaq istəyir. Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Asim Mollazadə son dövrlərdə ABŞ Senat və Konqresində Azərbaycana qarşı sanksiyaların gündəmə gətirlməsi və bunun iki ölkənin münasibətlərinə təsirini şərh edərkən deyib. Onun sözlərinə görə, bu günlərdə daha çox son vaxtlarda gündəmə gələn sanksiyalardan danışılır: “Ancaq unutmaq lazım deyil ki, hələ 1992-ci ildə Azərbaycan dövləti öz müstəqilliyini bəyan etdiyi müddətdən Azərbaycana qarşı ABŞ Senatı və Konqresi sanksiya müəyyənləşdirib. Heç Amerikada Azərbaycan sözünü tələffüz edə bilməyən insanlar Azərbaycana qarşı “Azadlığa Dəstək Aktı”na sərt “907-ci düzəliş”i etdi. Onlar Azərbaycanı barbar, müsəlman, məzlum erməni xrisitanlarını qətlə yetirən bir xalq kimi ifadə edirdilər. Bilirsiniz, hər zaman bizim münasibətlərimizdə bu mənfi çalarlar olub. Bunun arxasında (bunu dəfələrlə araşdırmışam) bir tərəfdən Amerikada zəngin, fəal, peşəkar səviyyədə Azərbaycan və Türkiyə ilə mübarizə aparan erməni diasporası durub. İkinci istiqamət isə son illər daha çox inkişaf edib. Burada mən yenidən Sovet İttifaqını, hansısa bir imperiyanı bərpa etmək xülyası ilə yaşayan qüvvələrin ABŞ-ın daxili siyasətində fəallaşmasını görürəm”. O əlavə edib ki, bu qüvvələr öz informasiya mübadiləsində çox maraqlı üsul tapıblar: “Azərbaycanın Qərblə münasibətlərini pozmaq üçün demokratiya, insan hüquqları, çox həssas, önəmli məsələ, bir növ vasitəyə çevrilib”. Millət vəkili ümidvar olduğunu bildirib ki, ABŞ-ın Azərbaycana münasibətdə öz maraqlarından irəli gələrək Azərbaycanın önəmini Amerika maraqları üçün anlayaraq belə bir qərarlardan vaz keçmək vaxtı gəlib. “Biz təbii olaraq inkişafa yönəlmiş məsləhətləri, inkişafa yönəlmiş təcrübəni bölüşməyə hazırıq. Lakin ABŞ prezidenti Tramp bu fikri də bəyan edib ki, artıq hansısa ölkələri tarixi və ənənələri ilə bağlı cəzalandırmaq Amerikanın maraqlarına uyğun deyil”- deyə, A.Mollazadə bildirib. Geri qayıt |