Əsas Səhifə > Partiya, Güney Press > Partiya sədri mal-qara təsərrüfatını ləğv edib, bağçılıq və arıçılığa keçdi

Partiya sədri mal-qara təsərrüfatını ləğv edib, bağçılıq və arıçılığa keçdi


26-09-2017, 08:57
Partiya sədri mal-qara təsərrüfatını ləğv edib, bağçılıq və arıçılığa keçdi
Azərbaycanda fəaliyyət göstərən kiçik partiyalar da gələn il keçiriləcək prezident seçkilərini gözləyir.

“2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı partiyada hələ ki, yeni bir qərar yoxdur”. Bu sözləri Modern.az-a açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib. O bildirib ki, sürətli olmasa da, partiyada işlər davam etdirilir.

“Partiya gündəlik işləri ilə məşğuldur. Hələ ki prezident seçkiləri ilə əlaqədar danışıqlar aparmamışıq. Partiyamız ölkədə baş verən siyasi proseslərə mövqe bildirir, sürətli olmasa da, müəyyən təşkilatlanma işləri görürük. KXCP, Aydınlar partiyası ilə əməkdaşlığımızı davam etdiririk”.

Əvvəllər kənd təsərrüfatı ilə məşğul olan partiya sədri son vaxtlar zaman məhdudiyyəti səbəbindən bu sahədən uzaqlaşdığını deyib.

“Qusar rayonunda həyətim var, içində demək olar ki, bütün meyvə ağaclarından var. Amma tez-tez gedib-gəlməyə vaxtım olmur. Bundan əlavə arılarım var. Mənə yaxın olan bir adam baxır onlara.
2015-ci ilə qədər Bakıətrafı ərazidə mal-qara təsərrüfatım da var idi. Bizim yaşadığımız yer atıcılıq kompleksinə yaxındır. İslam Oyunları ilə bağlı orada dağ velosipedi üzrə yarışlar keçirilirdi. Həmin dövrdə müəyyən məhdudiyyətlər olurdu, ona görə də mal-qara təsərrüfatını ləğv elədik”.

Geri qayıt