Əsas Səhifə > Partiya, Güney Press > Etibar Məmmədov AMİP sədrliyinə qayıdır?..

Etibar Məmmədov AMİP sədrliyinə qayıdır?..


25-09-2017, 14:57
Etibar Məmmədov AMİP sədrliyinə qayıdır?..
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin istifadə verməsindən sonra partiyada yeni sədr seçimi üçün qurultay keçirilməyib. Cəmiyyətdə keçmiş sədr Etibar Məmmədov yenidən partiyanın rəhbər postuna qayıdıacağı barədə idialar səsləndirlir.

AMİP-in qarşıdakı qurultayında Etibar Məmmədovun yenidən sədr postuna qayıdışı ilə bağlı iddiaların əsası varmı?

AMİP Siyasi Şurasının üzvü Əli Orucov Modern.az-a deyib ki, yay mövsümündə insanlar adətən istirahətə üstünlük verir, siyasi proseslər bir qədər zəifləyir, fasilələr yaranır.
“Ona görə də qurultayın keçirilməsi bir qədər ləngidi. Qurultayın keçirilməsi məsələsi partiyanın Mərkəzi Şurasının səlahiyyətindədir. Bütün məsələlər həll olunub, qurultayın nümayəndələri seçilib, tərkibi də tam formalaşıb”.

Ə.Orucov bildirib ki, Etibar Məmmədov partiya sədrliyinə qayıdışı gündəmdə deyil.

“Etibar bəy partiyanın fəxri lideridir, fövqəladə qurultayı çağırmaq belə, onun səlahiyyətindədir. O, istefa verib gedəndə yenilik etdi, istefa mədəniyyətinin əsasını qoydu. Etibar Məmmədov öz yerini gənclərə verdi. Hər halda bu da uğurlu bir addımdır, baxmayaraq ki, Azərbaycanda yeniliklər bir qədər çətinliklə qəbul edilir, müəyyən fəsadları olur. Bütün bunlara baxmayaq, bu addım atılmalı idi və Etibar Məmmədov onu etdi. Etibar bəyin yenidən partiya sədrliyinə gəlməsi gözlənilmir”.

Geri qayıt