Əsas Səhifə > Partiya, Güney Press > Cəbhəçilər Nemət Pənahlını saya salmadılar
Cəbhəçilər Nemət Pənahlını saya salmadılar25-09-2017, 12:01 |
Milli Şuranın rəhbərliyi qurumun sentyabrın 23-də keçirtdiyi mitinqdə yenə təkəbbürlü davranışı ilə “fərqlənib”. Yenicag.az xəbər verir ki, 23 sentyabr mitinqinə Milli Şurada təmsil olunmayan təşkilatlardan yalnız Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı qatılıb. Lakin Milli Şuranın tribunadakı rəhbərləri aksiyanın əvvəlindən sonuna qədər “Məhsul” stadionunda olan Pənahlını görməməzliyə vuraraq, ona nə söz veriblər, nə də adını çəkiblər. Bəlkə də Milli Şuranın son mitinqinə on minlərlə insan qatılsaydı, o zaman AMDP sədrinin diqqətdənkənar qalması haradasa başa düşülərdi. Ancaq 23 sentyabr mitinqində aşağı-yuxarı 1500 nəfərin iştirak etdiyini nəzərə alsaq, Pənahlının “izdiham” içərisində itib-batması mümkün deyildi. Ən əsası, Pənahlının həmin mitinqdə yeganə qonaq partiya sədri olması ona müəyyən qədər fərqli münasibət üçün əsas yaradırdı. Ancaq bu məqam Milli Şuranın faktik lideri, AXCP sədri Əli Kərimli üçün əhəmiyyətsiz detal kimi görünüb. Milli Şuranın mitinqində diqqət göstərilməyən AMDP sədri Nemət Pənahlı Yenicag.az-a açıqlamasında bu məsələyə belə münasibət bildirib: “Bir siyasətçi olaraq, o mitinqə qatıldım və axıra qədər iştirakçıların arasında oldum. Mən mitinqə tribunada dayanmaq, çıxış etmək niyyəti ilə də getməmişdim. Mitinq boyu hərəkat dövründən tanıdığım-tanımadığım insanlarla söhbətləşdik. Aksiyada qonaq qismində məndən başqa partiya sədrinin olub-olmadığını bilmirəm. Mənə niyə söz verilməməsinin, adımın çəkilməməsinin səbəbini onlardan soruşmaq lazımdır. Ancaq heç bir gözləntim olmadığından, bu münasibət məni narahat etmir. Yəni Meydan Hərəkatından bu yana “Biz ölərik, Neməti tək qoymarıq” deyib qaçanları da, məni əvvəl alqışlayıb, sonra fitə basanları da çox görmüşəm, mənə səmimi münasibətlərini dəyişməyənləri də… Ona görə də yenə deyirəm, narahatlığım yoxdur”. Geri qayıt |