Əsas Səhifə > Partiya, Güney Press > Siyavuş Novruzovdan Şeyxin qudasına irad

Siyavuş Novruzovdan Şeyxin qudasına irad


19-08-2017, 12:29
Siyavuş Novruzovdan Şeyxin qudasına irad
Sentyabrın 1-2-i bütün müsəlman ölkələri müqəddəs Qurban bayramını qeyd edəcək. Dünya müsəlmanlarını bir araya gətirən bu mərasimlə Allah-Təala yolunda xeyriyyə işləri görülür, fəqir-füqəraya əl tutulur. Həmin günlər qurban kəsib paylamaq ən xeyirxah əməl sayılır. Heç kimə sirr deyil ki, bir çox imkanlı və imkanı çatan şəxslər qurban kəsib fəqir-füqəraya paylamaq əvəzinə, özləri arasında az qala yeyib-içmək məclisi qururlar. Daha doğrusu, qurban kəsib, əti bişirib öz aralarında yeyirlər.
Bu nə dərəcədə doğrudur?
dia-az.life xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Modern.az-a açıqlama verib.
Deputat bildirib ki, hər bir imkanı çatan şəxs Qurban bayramında heyvan kəsməlidir.
“Həmin heyvanın ətindən də kasıba, imkanı olmayan şəxslərə paylamalıdır. Bu çox savab bir işdir. Amma imkanlı şəxslərin qurban kəsib bir neçə imkanlı şəxsi bir araya toplayıb yeməsi və yaxud həmin şəxslərə paylamasının şahidi olmamışam. Ona görə də bu barədə bir fikir deyə bilmərəm. İstənilən şəxs istənilən zamanqoyun kəsib yeyə bilər. Bunun üçün mütləq Qurban bayramı olmalıdır? Xeyr. Qurban bayramı müsəlmanları bir araya gətirən mərasimlərdən biridir.
Mən hər zaman şahidi olmuşam ki, Qurban bayramında heyvan kəsilir və bir neçə imkansıza paylanılır. Bu ona görə edilir ki, həmin gün fəqir-füqəranın da evində qazanda ət qaynasın, onlar da ət yesinlər. Amma bir şey var ki, qonşun acdırsa, sən toxsansa, bu yaxşı hal deyil”-deyə S. Novruzov əlavə edib.
O qeyd edib ki, bəzən bir nəfər kiməsə yardım edir və yaxud bir neçə şəxsi həcc ziyarətinə göndərir.
“Amma az qalır ki, bunu bütün dünyaya elan etsin. Ona görə də həmin şəxsin əməli savab iş ola bilməz. Düzdür əməl savab əməldir, amma iş o iş deyil. Çünki Allah buyurub ki, sağ əlin verdiyini sol əl bilməməlidir. Allah hər şeyi eşidir, görür və bilir. Ona görə də bunu kimlərinsə, bilmələri üçün edilirsə, bu haramdır”.
Nazirlər Kabinetinin qərarına əsasən sentyabrın 1-i və 2-si Azərbaycanda Qurban bayramı kimi qeyd olunacaq. Ayın 2-si şənbə gününə təsadüf etdiyindən sentyabrın 4-ü, yəni bazar ertəsi də qeyri-iş günü olacaq. Beləliklə, Qurban bayramı ilə əlqədar olaraq sentyabrın 1-dən 5-dək tətil olacaq. Sentyabrın 5-i iş günüdür.

Geri qayıt