Əsas Səhifə > Partiya, Güney Press > Bu siyasət regionlarımızın yüksək inkişafını təmin edəcək
Bu siyasət regionlarımızın yüksək inkişafını təmin edəcək7-08-2017, 09:21 |
Azərbaycan Prezidenti İlham Əliyevin şimal-qərb bölgəsinə səfəri bir daha göstərdi ki, regionların inkişafı hər zaman dövlət başçısının diqqətindədir. Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat vurğulayıb ki, dövlət başçısı barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair Qaxda keçirilən respublika müşavirəsində də bildirdi ki, 2004-cü ildən indiyə qədər bölgələrdə müşahidə edilən inkişaf tarixi nailiyyətdir: “Azərbaycanda heç vaxt qısa zaman ərzində bu qədər iş görülməyib. Xüsusilə infrastruktur layihələrinin reallaşdırılması, ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər hər zaman dövlət başçısının diqqət mərkəzində olub və həmin siyasətin sayəsində ölkəmizdə son 6 ay ərzində iqtisadiyyatda 1,7 faiz artım qeydə alınıb, qeyri-neft sektorunda 4,4 faiz, kənd təsərrüfatı sahəsində 2 faiz artım mövcuddur. Ən mühüm məsələlərdən biri heç şübhəsiz ki, ixrac potensialımızın genişləndirilməsi, idxaldan asılılığın azaldılması ilə bağlıdır. Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində ölkəmizin ixracatında son 6 ay ərzində 36 faizlik artım qeydə alınıb və xüsusilə qeyri-neft ixracatında 27 faiz artım var, idxaldan asılılıq isə 15 faiz azalıb”. E.Nəsirovun sözlərinə görə, sadalanan rəqəmlər bir daha onu göstərir ki, yürüdülən siyasət düşünülmüş, məqsədyönlü siyasətdir və bu siyasət regionlarımızın yüksək inkişafını təmin edəcək: “Prezident İlham Əliyevin yürütdüyü siyasət sayəsində bu gün Azərbaycanın regionlarında yol infrastrukturu yenilənib, su, qaz və elektrik enerjisi təminatı xeyli yaxşılaşdırılıb. Bütün bunlar təbii ki, regionların inkişafına olan diqqətin birbaşa ifadəsidir”. Geri qayıt |