Əsas Səhifə > Partiya, Güney Press > Sabiq deputat “Cudo Peçka” sahibinin 21 milyonu necə mənimsəməsindən yazdı
Sabiq deputat “Cudo Peçka” sahibinin 21 milyonu necə mənimsəməsindən yazdı27-07-2017, 10:44 |
“Banklardan milyonlarla manat həcmində kredit götürüb, iş görmək əvəzinə öz şəxsi məqsədləri üçün mənimsəyənlər, ancaq mənə beş min manat vermirlər ki, “yaşın keçib””. Gununsesi.info xəbər verir ki, bu fikri YAP-çı, sabiq millət vəkili və diplomat, publisist Xeyrəddin Qoca bəzi iş adamlarının banklardan götürdüyü kreditləri mənimsəmə faktını şərh edərkən deyib. “Kimsə, hansısa dələduz bankdan istədiyi qədər kredit götürə bilər və onu təyinatı üzrə işlətməyə bilər, ancaq sadə vətəndaş kredit götürmək istəyəndə ona hansısa süni manelər yaradılır. Bu dözlüməz haldır. Hərəyə bir əmma tapıb kredit vermirlər. Şəxsən mən müəyəyn iş üçün 5 min manat həcmində kredit götürmək istəsəm də, mənə kredir verilmədi. Səbəbini izah etdilər ki, sənin “yaşın keçib”. Bu cür yanaşma olarmı? Məgər qanunvericilikdə belə hallar varmı? Banklar niyə bu qədər özbaşınalıqla məşğuldur”- deyə Xeyrəddin Qoca vurğulayıb. X. Qoca əlavə edib ki, təsəvvür edin “Cudo Peçka” MMC-in rəhbərinə 21 milyon 874 min manat məbləğində kredit veriblər. O da “StandartBank”ın İdarə Heəytinin sədri ilə əlbir olub kreditin yarısından çoxunu həzm-rabedən keçiriblər: “Belə hallarla rastlaşanda az qalıram deyəm, “yaxşı eləyiblər, yeyiblər”! Biz cüzi kredit almaq istəyəndə min bir bəhanə ortaya qoyurlar. O qədər pulu verəndə bilməliydilər ki, kimə verirlər?! axı belə hallar adama pis təsir edir. Məgər indiyədək kimsə “Çudo-peçka”dan keyfiyyətli ərzaq alan olub? Deməli, milyonlarla manat kredit bir-iki nəfərin varlanması və xalqın aldadılması üçün verilib”. Geri qayıt |