Əsas Səhifə > Partiya, Güney Press > Soçi görüşü Azərbaycan ilə Rusiya arasında münasibətlərin inkişafı üçün böyük əhəmiyyət daşıyır
Soçi görüşü Azərbaycan ilə Rusiya arasında münasibətlərin inkişafı üçün böyük əhəmiyyət daşıyır24-07-2017, 08:08 |
Prezident İlham Əliyevin Rusiyaya səfəri və Prezident Vladimir Putinlə Soçidəki görüşü Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Bunu Trend-ə dövlət başçıları arasındakı görüşü şərh edən millət vəkili Fazil Mustafa deyib. F.Mustafa bildirib ki, Azərbaycan ilə Rusiya bir sıra problemlərin, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllini birlikdə axtarmalıdır: “Rusiya tərəfindən müəyyən addımların yumşaldılması, ermənilərə dəstəyin azaldılması istiqamətində danışıqların aparılması vacibdir. Digər tərəfdən sərhədyani problemlər gündəmə gəlib, ermənilərin uşaq ölümləri ilə bağlı atdığı addımlar problemlər yaradır. Bunlar hamısı üst-üstə gələndə ciddi narahatçılıq yaradan amillər ortaya çıxır. Bu baxımdan Azərbaycanla Rusiya arasında söhbət aparıb bu məsələlərin həllini tapmaq hər kəsin marağındadır. Ona görə də Soçi görüşün faydalı olduğunu düşünürəm, yəqin ki, müsbət nəticələri olacaq”. Deputat əlavə edib ki, Rusiyada yaşan azərbaycanlıların da problemi var, turizm problemləri və digər məsələlər var: “Bu məsələlərin həlli baxımdan bu görüşlər çox faydalıdır”. Geri qayıt |