Əsas Səhifə > Partiya, Güney Press > “Onların arasında mənim yaxından tanıdıqlarım da var…”
“Onların arasında mənim yaxından tanıdıqlarım da var…”21-07-2017, 09:10 |
“22 iyul – Milli Mətbuat Günü ərəfəsində jurnalistlərə növbəti dəfə mənzillərin hədiyyə edilməsi Prezident cənab İlham Əliyevin humanistliyinin daha bir bariz nümunəsidir. Bu, həm də ölkəmizdə söz və mətbuat azadlığının ən yüksək səviyyədə təmin edilməsinə növbəti böyük töhfədir”. Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva deyib. “Cənab Prezident bu dəfə də 255 nəfər media təmsilçisinə mənzil verdi. Onların arasında mənim yaxından tanıdıqlarım da var. Hamısının sevincinə şərik çıxır, eviniz düşərli, süfrəniz bərəkətli, ailəniz xoşbəxt olsun deyirəm və eyni zamanda, Cənab Prezidentə bu qədər insanı sevindirdiyinə görə, dərin minnətdarlığımı bildirirəm”-deyə, qeyd edən millət vəkilinin sözlərinə görə, Prezident İ. Əliyev bu addımı ilə hər bir vətəndaşın prezidenti olduğunu bir daha təsdiqlədi: “Milli Mətbuat Günü ilə bağlı bütün media nümayəndələrini təbrik edirəm. Hər birimizə məlumdur ki, Azərbaycan mətbuatının inkişafında Prezident İlham Əliyevin xüsusi əməyi var. Bu, ümummilli lider Heydər Əliyevin Azərbaycan mətbuatına göstərdiyi qayğının Prezident İlham Əliyev tərəfindən bu gün davam etdirilməsidir. Cənab Prezidentin jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində atdığı addımların davamı olaraq, bu dəfə də media nümayəndələrinə mənzillərin verilməsi Azərbaycan jurnalistlərinin əməyinin qiymətləndirilməsidir”. O, bildirib ki, bu, eyni zamanda Prezidentin humanizm siyasətinin bariz göstəricisidir: “Hesab edirəm ki, azad sözün, mətbuatın inkişafında dövlət öhdəsinə düşən işi artıqlaması ilə görür, Azərbaycanda mətbuatın inkişafı üçün kifayət qədər hüquqi baza var. Amma bundan əlavə, liderin öz istəyi də vacibdir. Cənab Prezident mətbuatın inkişafı üçün dövlətin siyasətindən başqa, öz liderlik siyasətini də ortaya qoydu. Hesab edirəm ki, bu diqqət hər bir vətəndaşa göstərilən qayğının nümunəsidir…” Geri qayıt |