Əsas Səhifə > Partiya, Güney Press > Qardaşı Elçibəyin adının əbədiləşdirilməsi üçün müraciət edəcək
Qardaşı Elçibəyin adının əbədiləşdirilməsi üçün müraciət edəcək19-07-2017, 09:43 |
“Avqustun 15-dən sonra Elçibəyin adının əbədiləşdirilməsi ilə bağlı müraciət edəcəyəm. İndi kimisə yerində tapmaq olmur. Bu məsələ neçə vaxtdır ki, uzanır. Görək sonu necə olacaq”. Bunu Modern.az-a açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev deyib. Almurad Əliyev indi onunla heç kəsin maraqlanmadığından da söz açıb. “Vallah indi heç kəs mənimlə maraqlanmır. Bəyin sağlığında bir çox məmurlar zəng edib hal-əhval soruşurdu. Sonra o zənglər də kəsildi. Bəlkə də kiməsə nəsə xahiş etsəm edərlər. Mən də bunu etmirəm”. Mərhum eks-prezidentin qardaşının sözlərinə görə bu vaxta qədər hansısa məmur ona ev bağışlamayıb. “Yasamalda bir köhnə evim var. İki otaqlıdır. Daha doğrusu, bir otaqlı idi, iki otaqlı etdim. Bir otağında oğlum qalır, birində də biz. Əslində, mənim evim yoxdur. Ev həyat yoldaşımındır. Kimsə də mənə ev verməyib. Elçibəyin evi isə böyükdür. Ailəsi orada yaşayır. Şəraiti də normaldır”. Qeyd edək ki, bu vaxta qədər mərhum eks-prezident Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi ilə bağlı heç bir təşəbbüs göstərilməyib. Geri qayıt |