Əsas Səhifə > Partiya, Güney Press > "Ermənilər bütün dünyaya sübut eləməyə çalışır ki..."
"Ermənilər bütün dünyaya sübut eləməyə çalışır ki..."19-07-2017, 08:19 |
Son zamanlar ermənilərin ölkəmizə tez-tez gediş-gəlişi müşahidə olunmaqdadır. İşğalçı rejimin cinayətkarları bu ayın əvvəlində qətlə yetirdiklər 2 yaşlı Zəhradan sonra daha bir erməni Rusiyadan ölkəmizə gəlib. O, hətta Zəhranın qəbrini belə ziyarət edib. Hadisəyə cəmiyyətdə birmənalı münasibət sərgilənmir. ALP sədri Əvəz Temirxan Moderator.az-a açıqlamasında ermənilərin ölkəmizə tez-tez gedib-gəlməsinə münasibət bildirib: “Ermənilərin gediş-gəlişini təşkil ediriksə bundan bacarıqlı istifadə etmək lazımdır. Əgər istifadə edə bilməyəciksə bu adicə gediş-gəliş olacaq. Diplomatik gedişlər olmalıdır. Ermənilər bütün dünyaya sübut eləməyə çalışır ki, Azərbaycan və Ermənistan bir yerdə yaşaya bilməz. Məhz bunu missal gətirib Qarabağda xalqların birgə Azərbaycan rəhbərliyi altında yaşamasına mane olmaq istəyirlər. Azərbaycan tərəfi isə bütün dünyaya sübut eləməyə çalışır ki, bizim xalqlar bir yerdə yaşaya bilərlər.” Geri qayıt |