Əsas Səhifə > Partiya, Güney Press > “Ona dedim ki, söylədiklərinizdə nurçuluğun əlamətləri görünür...”

“Ona dedim ki, söylədiklərinizdə nurçuluğun əlamətləri görünür...”


13-07-2017, 09:44
“Ona dedim ki, söylədiklərinizdə nurçuluğun əlamətləri görünür...”
İmam Hüseyn məscidinin axundu, “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül Moderator.az-a din xadimləri, alimlər, dövlət məmurlarının toplaşmış oldugu bir tədbirdə Allahın sonuncu Kitabı olan Qurani-Kərimi aşagılamış tanınmış bir professora necə cavab verməsindən danışdı.

-Hacı, ötən söhbətimizdə Yasamal İcra Hakimiyyətinin Heydər Əliyev muzeyində təşkil etdiyi tədbirdə Hacı Cavad məscidi ətrafındakı məsələ ilə yanaşı, başqa bir mövzuda da kəskin çıxış etdiyinizi bildirmişdiniz. Demişdiniz ki, tanınmış kulturoloq, professor Fuad Məmmədov o məclisdə dini mövzudakı çıxışı zamanı Müqəddəs Qurani-Kərimi aşagıladı. Zəhmət olmasa, ətraflı danışın. Hörmətli professor Quran haqqında nə dedi və siz ona necə cavab verdiniz?
-Bismilləhir Rəhmanir Rəhim! Hörmətli kulturoloq, professor Fuad Məmmədov həmin məclisdəki çıxışı zamanı buyurdu ki, Quranın elmə heç bir aidiyyatı yoxdur, o, sadəcə, bir vəhydir, əsl elm isə Qərbdədir. Ötən söhbətimizdə dediyim kimi, tədbirin sonunda söz alıb həm Hacı Cavad məscidi haqda deyilənlərə iradımı bildirdim, həm də Fuad müəllimin Allahın sonuncu Kitabı barədə söylədiyi aşagılayıcı fikirlərə qəti etirazımı bildirdim. Dedim ki, Fuad müəllim, Quranın Yaradan tərəfindən 23 il ərzində vəhy edildiyi Peygəmbərimiz Məhəmmməd əleyhissəlam buyurur ki, mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır. Həzrət Əli(s) də deyir ki, Quran elm dolu bir xəzinədir. Siz isə deyirsiz ki, Quranda elm yoxdur. Qərb dünyasının bir çox məşhur elm adamları, siaysətçiləri də Qurani-Kərimin zəngin və sonu görünməyən bir elm qaynağı olduğunu etiraf etmişlər və edirlər. Məsələn, məşhur fransalı səyyah, cografiyaşünas alim Kapitan Kusto etdiyi kəşflərdən sonra Quranı oxuduqda heyran qalır. Belə ki, XX əsrin 60-cı illərində elmə məlum oldu ki, Qırmızı dənizlə Əqəbə körfəzinin qovuşduğu yerdə, suyun altında yüzlərlə metr hündürlüyə malik təbii sədd vardır. Bu sədd okeanla körfəzin sularını bir-birindən ayırır. Həmin səddin yerləşdiyi xəttin iki tərəfindəki suların kimyəvi tərkibi tamamilə fərqlidir. Bir qədər sonra eyni hadisə Kapitan Kusto tərəfindən Atlantik okeanı ilə Aralıq dənizini ayıran Cəbəllüt-tariq boğazında da kəşf olundu. Lakin Quran bu həqiqiqəti də 14 əsr öncədən xəbər vermişdi: “(Suları şirin və acı olan)İki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı). Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar). Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!(“Rəhman” surəsi, 19, 20 və 21-ci ayələr). Kapitan Kusto bunu öyrəndikdən sonra İslamı qəbul etdi və dedi ki, mənim alimlərə bir tövsiyəm var: hər hansı bir elmi öyrənmədən öncə mütləq Qurana müraciət edin, bu Müqəddəs Kitabın həmin elm barəsində nə dediyini öyrənin. Siz isə - bu boyda müsəlman ölkəsi kimi tanınan Azərbaycanın tanınmış alimi deyirsiz ki, Quranda elmdən əsər-əlamət yoxdur. Bunun cavabında sizin fikirlərinizlə baglı bir müqayisə aparacam, amma xahiş edirəm, acıgınıza getməsin. İnciməyin, hörmətli Fuad müəllim, sizin dediklərinizdə nurçuluğun əlamətlərini gördüm. Nurçular da deyir ki, Quran, sadəcə, vəhy kitabıdır, hər hansı bir evdə Quran kitabı olmasa, eybi yoxdur, amma Səid Nursinin Nur risaləsinin olması vacibdir. Bunu eşidəndə Fuad müəllim əsəbi halda ayaga qalxdı ki, sən hansı əsasla mənə nurçu deyirsən. Mən isə cavab verdim ki, sənə nurçu demirəm, sadəcə deyirəm ki, sənin Quran haqqında söylədiklərində nurçulugun əlamətləri görünür. Professor təklif etdi ki, onda gəl tetatet, təkbətək danışaq. Dedim, buyur, mən hazır. Yanındakı yoldaşlar da Fuad müəllimi sakitləşdirməyə çalışdı ki, Hacı sizə nurçu demir. Buna baxmayaraq mən ona yenə dedim ki, buyurun, əyləşin, söhbət edək. Dini Komitə sədrinin birinci müavini Səyyad Aran da və digər axundlar da yanımızda idi. Professor dedi ki, yox, əyləşmirəm. Dedim, o halda sizə nurçuların daha iki xüsusiyyətini söyləyim. Onların banisi Səid Nursi tərəfdarlarına nəsihət edir ki, əgər sizə desələr, nurçusuz, boynunuza almayın. İkincisi də, əgər sizi təkbətək söhbətə dəvət etsələr, getməyin. Dedim ki, Fuad müəllim, siz nə boynunuza alırsız, nə təkbətək danışıga gəlirsiz. Buradan hansı nəticəyə gəlmək olar?.. Heç nə demədi...

-Siz professor Fuad Məmmədovla Quran barədə mübahisə edərkən məclisdəki din xadimlərindən, axundlardan, yaxud alimlərdən sizi müdafiə edən olmadı ki? Deyirsiz, QMİ sədrinin müavini, Cümə məscidinin axundu Hacı Surxay da orada idi...

-Xeyr. Heç kəs dinmədi. Hamısı sanki agızlarına su almışdı... Çox təəssüf...

Geri qayıt