Əsas Səhifə > Partiya, Güney Press > Erməni silahlı birləşmələri Azərbaycanın dinc sakinlərinə qarşı döyüşür

Erməni silahlı birləşmələri Azərbaycanın dinc sakinlərinə qarşı döyüşür


10-07-2017, 08:38
Erməni silahlı birləşmələri Azərbaycanın dinc sakinlərinə qarşı döyüşür
Erməni silahlı birləşmələri Azərbaycanın dinc sakinlərinə qarşı döyüşür.

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Millət vəkili bildirib ki, 150-200 ildir ki, ermənilər Azərbaycanın dinc sakinlərini atəşə tutur, onları qətlə yetirir, vəhşiliklər törədirlər.

Deputat qeyd edib ki, ermənilər ordu ilə döyüşmürlər, qadınlarla, qocalarla, uşaqlarla döyüşərək günahsız insanları qətlə yetirirlər:

"Bu, tarixən belə olub. Yaxın tariximizdə baş vermiş Xocalı soyqırımı buna bariz nümunədir. İndi də bu vəhşilik davam edir. Beynəlxlaq təşkilatlar, aparıcı dövlətlər tərəfindən isə indiyə kimi ermənilərə qarşı heç bir sanksiya tətbiq edilməyib. Çünki ermənilərə himayədarlıq edən aparıcı dövlətlər və beynəlxalq təşkilatlardır. Ermənistana qarşı cəza verəcək yeganə qurum Azərbaycan Silahlı Qüvvələridir".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Geri qayıt