Əsas Səhifə > Partiya, Güney Press > “Kreml təxribata getməməlidir”
“Kreml təxribata getməməlidir”6-07-2017, 13:53 |
“Azərbaycan Rusiya münasibətləri hazırda çox yüksək səviyyədədir. Moskva-İrəvan əlaqələri ilə müqayisəyə belə gəlməz. Erməni soyadlı Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasını Moskva anlayışla qarşılamalıdır”. Bunu hafta.az-a açıqlamasında Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov ötən gün Rusiya Xarici İşlər Nazirliyinin erməni soyadlı vətəndaşların ölkəmizə buraxılmamasına etiraz notasına münasibət bildirərkən deyib. Eks-prezidentin sözlərinə görə indiki halda Kreml ermənipərəst qüvvələrin təxribatına getməməlidir: “Azərbaycan-Rusiya münasibətləri pis ola bilməz. Hazırda da iki ölkə arasındakı əlaqələr yüksək səviyyədədir. Əks halda bunun ancaq Rusiyaya ziyanı ola bilər. Son günlər iki ölkə arasında münasibətlərlə bağlı söz-söhbətlər, şaiyələr gəzir. Düşünürəm ki, Kreml indiki halda Azərbaycan tərəfini başa düşməlidir. Ermənipərəstlərin provakasiyasına getməməlidir. Yəni, haqlı olan tərəf rəsmi Bakıdır. Həm də Azərbaycan hər zaman güzəştə gedən tərəf olub. Rusiya rəhbərliyi də bunu anlamalıdır. Çünki Ermənistanla müharibə şəraitindədir” – deyə Ayaz Mütəllibov bildirib. Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Azərbaycana buraxılmayan erməni vətəndaşlarına görə rəsmi Bakıya nota verib. Hafta.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Rusiya XİN-dən bildirilib ki, erməni soyadlı Rusiya vətəndaşlarının Azərbaycan sərhəddində saxlanmaları “qəbuledilməzdir”: “Qeyd etmək məcburiyyətindəyik ki, Azərbaycana gələn Rusiya vətəndaşları həqiqətən də etnik səbəblərdən diskriminasiyaya məruz qalırlar. İki ölkə arasındakı dost münasibətlərinə uyğun olmayan bu biyabırçı diskriminasiya təcrübəsinə bir daha son qoymağı tələb edirik. Əlbəttə mövcud situasiyadan nəticə çıxaracağıq”. Geri qayıt |