Əsas Səhifə > Partiya, Güney Press > Erməni silahlıları 2 yaşlı körpəni qətlə yetirməklə daha bir cinayət əməli törətdilər
Erməni silahlıları 2 yaşlı körpəni qətlə yetirməklə daha bir cinayət əməli törətdilər6-07-2017, 08:41 |
Erməni faşistləri iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı körpəni qətlə yetirməklə daha bir cinayət əməlini törətdilər. Bunu Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Sadıqov deyib. Millət vəkili bildirib ki, iyulun 4-də törədilən təxribat konkret vandalizmdir: "Çünki müharibənin də öz qanunları var. Bu qanunlar müxtəlif beynəlxalq konvensiyalarda öz təsdiqini tapıb. Ermənilər ilk dəfə Xocalıda soyqırım törətməklə, dinc, silahsız əhaliyə, qocalara, qadınlara, uşaqlara qarşı vandallıq etdilər. Ermənilər mütəmadi olaraq uşaqları hədəfə alırlar. Ağdamda 8 yaşlı Farizi qətlə yetirdilər. Qazaxda ermənilər partlayıcı qurğu quraşdırılmış oyuncaq göndərməklə Aygün adlı qız uşağını, bu gün isə 2 yaşlı Zəhra Quliyevanı qətlə yetirdilər. Bu, onların xislətidir. Bu gün ermənilər nənəni və nəvəni qətlə yetirməklə, öz xislətlərini bir daha ortaya qoydular. ATƏT-in Minsk qrupu bu cür vandalizm cinayətlərinin danışıqlar prosesinə mane olduğunu bilməli və ermənilərin işğal altındakı ərazilərimizdən çıxarılması üçün Ermənistan hakimiyyətinə təzyiqlər etməlidir". Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb. Geri qayıt |