Əsas Səhifə > Partiya, Güney Press > YAP-çı deputat Bakı Nəqliyyat Agentliyini sərt tənqid etdi
YAP-çı deputat Bakı Nəqliyyat Agentliyini sərt tənqid etdi30-06-2017, 10:09 |
Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı, Qarabağ müharibəsi veteranı Elman Məmmədov yol nəqliyyat hadisələri ilə bağlı müvafiq qurumları sərt tənqid edib. 09:42 Bölmə: Ölkə Oxunma sayı: 535 A-AA+ E.Məmmədov “Ölkə.Az”-a açıqlamasında bildirib ki, taksi və avtobus nəqliyyat vasitələrinin sükanı arxasına təcrübəsiz sürücülər əyləşdirilir: “Keçmiş Sovet İttifaqı dövründə belə bir bəyəniləsi qayda var idi. Ən azı 5 il təcrübəsi və ikinci kateqoriyası olmayan sürücülərə avtobus və taksi sürməyə icazə verilmirdi. Çünki bu sürücülər yük deyil, insan daşıyırdılar. Ancaq çox təəsssüf ki, indi kimə gəldi sürücülük vəsiqəsi verilir. Hətta, bəzi “çoxbilmişlər” evdə otura-otura, sürücülük vəsiqəsi olmayan cavan uşaqlara böyük sərnişin avtobuslarını etibar edirlər. Bu dəhşətli cinayət əməlidir. Bu cür adamlara qarşı ciddi nəzarət olunmalıdır”. Deputat deyib ki, bu cür halların qarşısını yalnız güzəştsiz sərt cəzalar və cərimələrlə almaq mümkündür: “İndi tək-tək adam tapılar ki, özünə məxsus avtobus işlədir. Adətən, vəzifəli və imkanlı adamların hər birinin 20-100 ədəd avtobusları olur. Həmin təcrübəsiz və tərbiyəsi yerində olmayan sürücülərin arxasında da məhz bu cür imkanlı sahibkarlar dayanır. Qəza törədiləndə isə onlar yoxa çıxırlar, qaçıb gizlənirlər, dördüncü, beşinci dərəcəli adamları məsuliyyətə cəlb etmək üçün qabağa verirlər. Ona görə də Dövlət Yol Polisi İdarəsi, yeni yaradılan Bakı Nəqliyyat Agentliyi və digər müvafiq qurumlar baxmamalıdır ki, həmin avtobuslar kimə məxsusdur. Onların heç birinə güzəşt olmamalıdır. İstənilən halda insan həyatına qəsd varsa, həmin adamlara güzəşt olunmamalıdır”. E.Məmmədov müharibə vəziyyətində yaşayan Azərbaycanın cəbhədən daha çox ölkə yollarında insan itirdiyini söyləyib: “Biz müharibə şəraitində yaşayan ölkəyik. Düşmən qoşunları bizim ərazilərimizi işğal edib və hər gün dəfələrlə atəşkəs rejimi pozulur. Müqayisə aparsaq, Azərbaycanın ay ərzində avtomobil yollarında baş verən qəzalar zamanı dünyasını dəyişən insanlarının sayı cəbhədə şəhid olan əsgərlərimizin sayından 50 dəfə çox olur. Bu çox dəhşətli statistikadır. Bunun qarşısını almaq üçün qanunların bütün gücündən heç kəsə güzəşt olunmadan istifadə olunmalıdır. Başqa yolumuz yoxdur. Qanunda nə yazılıbsa, onun hər birinə ciddi əməl olunmalıdır”. Deputat təəssüflə bildirib ki, yeni yaradılan Bakı Nəqliyyat Agentliyi sərnişindaşımada etimadı doğrultmayıb: “Heç kəs arzu etməz ki, özbaşınalıqların, qəzaların sayı çox olsun. Ancaq qəzaların qarşısını almaq üçün qanunun tələblərinə ciddi şəkildə əməl edilməlidir və heç kəsə güzəşt olunmamalıdır. Təəssüf ki, biz hələ bunu görmürük”. Geri qayıt |