Əsas Səhifə > Partiya, Güney Press > Biri tapıldı, bəs digərləri?

Biri tapıldı, bəs digərləri?


29-06-2017, 11:10
Biri tapıldı, bəs digərləri?
Müsavat başqanının müavini Elman Fəttah partiya adından saxta sənəd düzəltdiyinə görə barəsində cinayət işi açılan Elnur Mirzəyevdən danışıb.

O, “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, cinayət işi ilə bağlı Avropada yaşayan dostlarımız prosesi izləyirlər: “Ancaq hesab edirəm ki, tək Elnur Mirzəyev deyil, yəqin ki, Müsavatın adından saxta sənəd düzəldən başqa şəxslər də ortalığa çıxacaq. Müsavat Partiyası prosesi diqqət mərkəzində saxlayır. Bu işlərin üzə çıxmasında bizim də xüsusi əməyimiz var. Çünki Elnur Mirzəyevi Gülağa Aslanlı bir il bundan əvvəl məhkəməyə vermişdi. Məhkəmə Gülağa Aslanlının iddiasını təmin edib.

Yazışmalarımızda da bildiririk ki, bu cür saxta sənəd məsələləri olanda Müsavat Partiyasını məlumatlandırsınlar. Əsasən partiyalar adından saxta sənədlər hazırlanır. Həm Azərbycanda, həm də Avropada miqrasiya işi ilə məşğul olan ciddi bir sənaye formalaşıb. Azərbaycandan və digər ölkələrdən saxta sənədləri bu cür yollarla əldə edirlər. Siyasi sığınacaq məsələlərində partiyaların adından istifadə olunur. Müsavat Partiyası bu zərərçəkən təşkilatların arasındadır”.

Qeyd edək ki, Avropada mühacir həyatı yaşayan, 1977-ci il təvəllüdlü Elnur Aydın oğlu Mirzəyev Azərbaycan Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 302.2-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma - eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə) maddələri ilə təqsirləndirilir.

Geri qayıt