Əsas Səhifə > Partiya, Güney Press > "Onların damarında azərbaycanlı qanı axmır"
"Onların damarında azərbaycanlı qanı axmır"28-06-2017, 09:27 |
"Aeroflotun Bakıya uçan təyyarəsində erməni yeməyinin verilməsi çox təhlükəli bir hadisədir. AZAL rəhbəri Cahangir Əsgərov hara baxır? Məgər onun bunlardan xəbəri yoxdurmu? " Bunu Moderator.az -a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, ermənilər istənilən an ölkəmizə qarşı təxribata əl ata bilər: “Təyyarə yüzlərlə insanı daşıyan hava gəmisidir. Onun bortunda baş verə biləcək kiçik bir yanlışlıq yüzlərlə insanın ölümü ilə nəticələnə bilər. Kim təminat verib ki, ermənilər bir gün içi azərbaycanlılarla dolu təyyarəni zəhərləməyəcək? Məgər biz ermənilərdən azmı terror görmüşük? Biz gördük ki, ermənilər ordumuzun daxilində nələr etməyi planlaşdırırdı. Hələ mən ermənilərə Bakıda ev verənlərdən danışmıram. Onları ofislərə gətirib hüquq müdafiəçisi, jurnalist edənləri demirəm. Bunu edənlər nakişilərdir, onların damarında azərbaycanlı qanı axmır. Bu şəxslər hər şey edə bilərlər, şeytanın ağlına gəlməyən şey bunların ağlına gəlir. Təəssüflər olsun ki, hazırda ölkəmizdə arvadı erməni olan yetərincə məmur var. Onsuz da ermənilərlə qohumluğu olan şəxslər ölkəmizi zəhərləyir. Cahangir Əsgərov isə dövlətə bütün sahələrdə xəyanət edir. Gəncə-Bakı reysində 15-20 nəfər adam gedir. Xarici reyslərdə də həmçinin. Cahangir Əsgərov özü qiymətləri qaldırıb qoyub dağ başına. Bu azmış kimi təyyarələrində erməni yeməkləri verən ermənilərə dəstək olan “Aeroflot” şirkətinin Azərbaycanda at oynatmasına imkan verir. Amma Türkiyənin “Aeroflot”dan qat-qat ucuz və keyfiyətli olan avia şirkətlərini nədənsə Azərbaycana buraxmır. Niyə buraxmır? Əlbəttə, bunun cavabı çox sadədir. Çünki türklər Azərbaycan xalqının qardaşıdır, onlar bizim vətəndaşlardan daha az pul alıb keyfiyyətli uçuşlar təklif edəcəklər. Amma görünür Cahangir Əsgərova bu sərf etmir.” Geri qayıt |